Bayram axşamı dəhşətli qəza: ölən var (YENİLƏNİB)

Xaçmazda axşam saatlarında ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun köhnə Xudat kəndi ərazisində baş verən qəzada bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlər alıb.

Qubanın Qırız kənd sakini, 1982-ci il təvəllüdlü Ərəstun Akif oğlu Seyidova məxsus “Mitsubishi Pajero” markalı avtomobil yolda hərəkət edən zaman həmin istiqamətdə avtomobildən düşən 2 sərnişini vurub. Belə ki, Elmar Fəxrəddin oğlu Arazova məxsus “Passat” markalı maşından düşən 2 sərnişindən biri dünyasını dəyişib, biri isə yaralanıb.

1991-ci il təvəllüdlü İmran İsmayıl oğlu İsmayılov hadisə yerindəcə keçinib. Ağır xəsarətlər alan 1989-cü il təvəllüdlü Ruslan Əsəd oğlu Əsədov Xaçmaz rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xaşmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır. …read more

From:: ANS

      

Prezidentdən yeni il təbriki (TAM MƏTN)

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib:

ANS PRESS prezidentin təbrik çıxışının tam mətnini təqdim edir:

Əziz həmvətənlər!

2014-cü il arxada qalır. 2014-cü il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir. Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim təsir imkanlarımız da genişlənir.

Bildiyiniz kimi, 2012-2013-cü illərdə Azərbaycan dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasında təmsil olunurdu.

155 ölkənin dəstəyi ilə biz bu haqqı qazanmışdıq. Bu il isə Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirdi, Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına öz dəyərli töhfəsini vermişdir.

Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə – siyasi, iqtisadi, enerji və digər layihələr icra edilə bilməz.

2014-cü ildə iqtisadi inkişaf təmin edilmişdir. Bu da çox önəmlidir, çünki bildiyiniz kimi, dünyada hələ də iqtisadi, maliyyə böhranı davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və bu inkişafın təməlində islahatlarımız dayanır. Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu, böyük və tarixi nailiyyətdir.

Qeyri-neft sektorumuzun inkişafı bizim üçün prioritet olaraq qalır. Şadam ki, bu il qeyri-neft sektorumuz təxminən 7 faiz artmışdır. Ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulmuşdur. Bu da çox önəmli hadisədir. Çünki indi dünyada sərmayələrin cəlb edilməsi üçün mübarizə gedir. Azərbaycanda sərmayə qoyuluşu yüksək səviyyədədir. Əminəm ki, gələn il də belə olacaq.

Yoxsulluğun, işsizliyin səviyyəsi 5 faizdir. Bu da dünya miqyasında çox gözəl göstəricidir. Dövlət xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 8 faizini təşkil edir. Bu da nadir göstəricidir. Makroiqtisadi vəziyyət sabitdir. Valyuta ehtiyatlarımız …read more

From:: ANS

      

Öcalanın yaxın adamı öldü

PKK lideri Abdullah Öcalanın çağırışı ilə Türkiyəyə gələn və 2010-cü ildə 14 il həbs cəzası verilən 62 yaşlı Lütfü Taş həbsxanada ölüb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Lütfü Taş Diyarbakır D Tipi Qapalı Həbsxanasında keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.

Onun cəsədi İstanbulda yaşayan ailəsinə göndərilib. .

Türkiyə səlahiyyətlilərinin verdiyi açıqlamada isə deyilir ki, Lütfü Taş xəstəxanaya çatdırılsa da ionun həyatını xilas etmək mümkün olmayıb.

Lütfü Taş Öcalan həbsə alınana qədər PKK terror təşkilatında əsas söz sahiblərindən biri olub. …read more

From:: ANS

      

Neftin ucuzlaşması yenə rekord vurdu

Dünya bazarlarında neftin 1 barrelinin qiyməti bu gün 56 dollardan aşağı düşüb. İlin əvvəlindən bəri “qara qızıl”ın ucuzlaşması 2008-ci ildəki prosesləri xatırladır.

İlin son günündə Brent markalı neftin 1 barreli 55,81 dollardan satılıb. Bu isə 2009-cu ilin may ayından bəri ən aşağı səviyyədir.

WTI (Light Sweet Crude Oil) neftinin 1 barreli isə srağagünlə müqayisədə 1,19 dollar ucuzlaşaraq 52,93 dollara düşüb.

Xam neftin ucuzlaşmasının davam etməsinin səbəbi ABŞ-da şist nefti hasilatının yaratdığı təklif və tələbat strukturundakı zəifləmədir. Son vaxtlar Birləşmiş Ştatlarda şist laylarından neft və qaz hasilatı artıb.

Neftin ucuzlaşmasına təsir edən digər fundamental amil dekabrda Çində son 7 ayda ilk dəfə olaraq fabrik-zavod istehsalının həcminin aşağı düşməsidir. Çindəki istehsalat səviyyəsi neft kotirovkalarına təsir edən ən ciddi amillərdən biridir.

Çin neft və qaz istehlakına görə dünyada 2-ci yeri tutur. …read more

From:: ANS

      

İŞİD bu dəfə ABŞ-ı sancdı

İŞİD terror qruplaşması ABŞ başda olmaqla koalisiya qüvvələrinin İraqdakı hərbi bazasına hücum etdiyini iddia edib.

ANS PRESS-in məlumatına görə, terror qruplaşmasına məxsus media qurumları İraqın Anbar vilayətində yerləşən “Eynul Esed” hərbi bazasına hücum edildiyini bildiriblər. Xəbərdə deyilir ki, hücum nəticəsində ABŞ ordusunun 7 əsgəri öldürülüb. Və iki qırıcı təyyarə məhv edilib.

İraq səlahiyyətliləri və ABŞ komandanlığı “Eynul Esed”ə edilən hücumla bağlı hər hansı bir məlumat yaymayıblar. …read more

From:: ANS