Oyunlar ətrafında oyunlar (VİDEO)

Azərbaycan tarixdə ilk Avropa Oyunlarını qəbul etməyə hazırlaşır. Bu layihə öz miqyasına və çəkisinə görə Avroviziya müsabiqəsini belə arxada qoyur. Təbii ki, tarixi oyunların Azərbaycanda keçirilməsini istəyənlər kifayət qədərdir. Amma unutmayaq ki, hələ dünən Avroviziya mahnı müsabiqəsini qəbul etmişik və o müsabiqəyə soxulan nə qədər xarici səs var idi, onları da qulaqlarımız hələ unutmayıb.

O zaman Avropanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycanı qara rəngdə təqdim edən nə qədər materiallar paylaşılırdı. Bizi günahlandırırdılar ki, Azərbaycanda siyasi məhbuslar çoxdur, müsabiqəni baykota çağırırdılar, elə yerli səviyyədə də bu qara piar öz dayaqlarını tapırdı. Məsələn, təkliflər səslənirdi ki, ifaçılar səhnəyə siyasi məhbuslara azadlıq tələb edən xüsusi şuarlar yazılmış maykalarda çıxsınlar. Bəzi qonşu dövlətlər isə iddia edirdilər ki, Avroviziya müsəlman dövlətlərinə xas deyil. Belələri Azərbaycanın az qala seksual azlıqlara xüsusi himayədarlıq etməkdə belə günahlandırırdılar. Avropa Oyunları ərəfəsində də oxşar vəziyyətlə üzləşmişik. Təzyiqlər başlayıb və getdikcə artmaqdadır. Bütün qütblərdən təzyiqlər var. Avropadan sərt tənqid alırıq. Beynəlxalq təşkilatların böyük əksəriyyətini Azərbaycana təzyiql əhval-ruhiyyəsində birləşib. Avroviziya ərəfəsində gedən, hətta daha mütəşəkkil şəkildə. Azərbaycan adlı, kiçik, amma öz azadlığının qürurlusu olan bir dövlətin müstəqillik iddiası, hətta Birləşmiş Ştatların belə xoşuna gəlmir. Barak Obama Azərbaycanın adını neqativ tonda öz rəqiblərinin sırasında Rusiya və Çinlə bir yerdə çəkir.

Bəs nə bilmişdik? Kim deyirdi ki, müstəqillik asan məsələdir. Kim demişdi ki, müstəqilliyi bir gün, bir dəfə qorumaq lazımdır. Xeyr müstəqillik çətin məsələdir. Müstəqilliy hər gün və hər dəfə qorumaq lazımdır. Cəmi 23 il bundan əvvəl müstəqilliyini doğmuş ölkə yeni doğmuş qadın bədəni kimi hər şeyə həssasdır. Bu gün adi bir hadisə belə kənardan müdaxilənin nəticəsi ola bilər. Lap elə artıq öyrəşməkdə olduğumuz intihar halının özünə belə bir gözlə baxmaq olmaz. Şəxsən mən baxmıram. Belə hala hündürdən baxmaq lazımdır. Qoy olsun lap elə Qız Qalasından. Mənə elə gəlir ki, özünü qalanın başından atmış bu adam öz başına olmayıb. Necə deyərlər, kimsə bizə get özünü …read more

From:: ANS

      

ABŞ-ı qarışdıran şəxs istefa verdi (VİDEO)

Bir müddət əvvəl qaradərili yeniyetməni öldürən polis əməkdaşının öz hərəkətinə görə həbsə yox, azadlığa çıxması ölkədə qaradərililəri tərəfindən böyük etirazala qarşılandı. Bu gün isə həmin polisi Daren Vilson öz vəzifəsindən istefa verib. Amma bunu necə nəticələnəcəyi isə hələki məlum deyil.

ANS TV-nin məlumatına görə, ABŞ-ın Ferqusyon şəhərində silahsız qaradərili yeniyetməni qətlə yetirməklə ABŞ-da irqçiliklə bağlı gərginliyi yenidən gündəmə gətirən polis zabiti Daren Vilson hüquq-mühafizə orqanlarından istefa verib.

Birləşmiş Ştatlar polisini belə bir addım atmağa vadar edən səbəbsə aydındır. Polisin postunda qalacağı təqdirdə baş qaldıran zorakılıqların səngiməyəcəyi, əksinə hər keçən gün daha da artacağını anlamasıdır. Amma maraqlı bir istefa ərizəsində onun qismən də olsa, təzyiq altında işdən çıxdığı hiss olunur.

“Mənə dedilər ki, orqanlarda işləməyə davam etməyim. Bu Ferqusyon şəhərinin sakinlərinin və polislərinin həyatlarını təhlükəyə atacaq” – deyə ABŞ polisi Daren Vilson bildirib.

Avqustun doqquzunda baş verən silahlı insidentlə bağlı keçirilən məhkəmədə münsiflər heyətinin yeniyetməyə atəş açmış polisə bəraət qazandırması sonradan Ferqusyon və digər iri Amerika şəhərlərində kütləvi etirazlara yol açıb.

…read more

From:: ANS

      

İŞİD-in əvəzində 17 dinc sakini öldürdülər (VİDEO)

İŞİD terror qruplaşmasının İraqdakı mövqelərinə endirilən hava zərbələri nəticəsində təsadüfən 17 dinc sakin həlak olub.

ANS TV-nin məlumatına görə, keçirilmiş digər hava əməliyyati nəticəsində 15 dinc sakin dünyasını dəyişib. Bu əməliyyatın hansı ölkə tərəfindən keçirildiyi barədə məlumat yoxdur.

İŞİD qruplaşmasının Türkiyənin daxilindən Kobaniyə hücumlar həyata keçirməsi xəbəri isə Türkiyədə əks səda doğurub. Türkiyəli rəsmilər bu məlumatı təkzib edərək, sərhəddin Türkiyə Silahlı Qüvvələri tərəfindən 24 saat ərzində qorunduğunu deyiblər.

Suriya İnsan Haqqları monitorinq qrupunun iddiasına görə isə, Kobaniyə Türkiyə ərazisindən edilən hücum, zirehli maşında olan kamikadzenin Türkiyə sərhəd məntəqəsində özünü partlatması ilə başlayıb. Kürd siyasətçilər də oxşar iddialari səsləndiriblər.

…read more

From:: ANS

      

Rusiyanı çətin günlər gözləyir (VİDEO)

Bir ştatında föqəladə vəziyyət elan olsunsa da Birləşmiş Ştatların qayğısı özləri demişkən qalan dünya ilə bağlı oldu. Baş neftə qarışdı. OPEK neftin hasilatını nəinki dayandırmaq heç azaltmaq barədə də qərar vermədi.

Bu isə neftin dünya bazarında qiymətinin aşağı düşməsinə əlavə təkan verdi. “Brent” markalı neftin barreli 69 dollara da düşdü. Düzdü indi 70-72 dollar civarında səndələmələr var. Amma qiymətin quyuların dibinə doğru hərəkət edəcəyi realdır.

Qərbin bütün iqtisadi atəşlərinin hədəfi Rusiyanı çətin günlər gözləyir. Amma təkcə Rusiyanı yox, iqtisadiyyatını yalnız neftdən asılı edən bütün dövlətləri. Rusiya öz inadından dönmür və dönəcəyi də inandırıcı deyil. Çünki minmək bir, düşmək ikinci ayıbdır… Əvəzində qurunun oduna yaşlar da tüstüləyir. Kənardan isə görünür ki, deyəsən OPEK Rusiya ilə yox, neftin barrelini 30 dollardan əlim yandıda satan İŞİD-lə rəqabət aparır. Kim daha ucuz verər… Söhbət isə neft yox, qan bahasından da gedir. Qan isə həm də anla mənasına gəlir! Özü də əmr formasında.

…read more

From:: ANS

      

Təhlükədən necə qorunmalıyıq (VİDEO)

İnsanların ən çox məlumatlandığı, pis və ya yaxşı formada ibrət götürdüyü mənbə müasir dövrdə internetdir. İnternet bizim həyatımıza elə nüfuz edib ki, artıq özümüz haqda bir çox məlumatların dünya hörümçək torunun əksər hissələrində yerləşdirməkdən, paylaşmaqdan çəkinmirik. Bəs bu məlumatların qorunması, anonimlik necə həyata keçirilir? Ümumiyyətlə internetdə yerləşdirdiyimiz məlumatlar, nə vaxtsa elə özümüzə qarşı çevrilməyəcəyinə əminikmi?

ANS TV-nin məlumatına görə, 26 ildir ki, Amerika 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü kimi qeyd edir. Belə bir günün qeyd edilməsi zərurəti ötən əsrin 80-cı illərinin sonu “Morris soxulcanı” adlandırılan ilk kompüter virusunun kütləvi yayıldığı bir vaxtda meydana gəlib. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın vacibliyini düşünüblər. Bu səbəbdən də Kompüter Avadanlığı Assosiasiyası bu günü qeyd etməklə hamını bir gün də olsa, kompüter informasiyalarına təhlükəsizliyinə nəzarət etməyə çağırır. Bəs görəsən Azərbaycanda informasiya təhlükəsizliyinə necə əməl olunur?.

Mütəxəssislər informasiya təhlükəsizliyi iki istiqamətə ayırırlar. Bunlardan birincisi mühüm informasiyaların qorunub saxlanmasıdırsa, ikincisi zərərli informasiyalarının yayılmasının qarşısını almaqdır. Ekspertlər hesab edir ki, indiki dönəmdə istənilən zərərli informasiyanı sosial şəbəkələr vasitəsilə asanlıqla yaymaq olur.

Ekspert Cahid İsmayıloğlu deyir ki, bunu üçün dövlətin özünün xüsusi nəzarət sistemi olmalıdır: “Bununla yanaşı isə insanların özləri də ehtiyatlı olmalıdır. Bu gün istənilən dini eksterimist qruplaşmalar internet vasitəsilə ətrafına insanları toplayır. Bir neçə il öncəyə baxanda bu gün Azərbaycanda sosial şəbəkələrə nəzarəti tam ələ alıb”.

Şəxsi məlumatlarının təhlükəsizliyinin qorunması isə öz üzərimizə düşür. Bunun üçün internet üzərindən istənilən qeydiyyatı apararkən telefon nömrələrimizin, kredit kartlarımızın, hesab nömrələrinin və bizim haqqımızda ətraflı inforasiya toplaya bilən digər məlumatlarımızı məxfi saxlamalıyıq.

…read more

From:: ANS

      

Moldova seçkiləri baş tutmuş sayıb

Xəbər verdiyimiz kimi, bu gün Moldova Respublikasında parlament seçkiləri keçirilir. Seçkilərdə 29 siyasi partiya, bir seçki bloku və dörd müstəqil namizəd iştirak edir.

Yerli vaxtla saat 15:30-a olan vəziyyətə görə, seçicilərin 39,21 faizi səs verib.

Moldova Mərkəzi Seçki Komissiyasının sədri Yuriye Çokan keçirdiyi brifinqdə bildirib ki, ölkədə parlament seçkiləri baş tutub.

Qanunvericiliyə görə, seçkilərin baş tutmuş sayılması üçün seçicilərin üçdə bir hissəsindən bir qədər çoxunun səsvermədə iştirak etməsi lazımdır. …read more

From:: ANS

      

Qüdsdə ərəblərin təhsil aldığı məktəbə od vuruldu (VİDEO)

Qüdsdə naməlum şəxslər şəhərdə yerləşən və yəhudilərlə ərəblərin birgə təhsil aldığı məktəbə od vurublar.

ANS TV-nin məlumatına görə, məktəbin divarında “Ərəblərə ölüm” və “Assimilyasiyaya son” yazıları yazılıb. Hadisəni törətməkdə yəhudi ekstremistləri təqsirli bilinir.

Hadisəyə münasibət bildirən İsrailin baş naziri Benyamin Natenyahu Qüdsdə sakitliyi pozmağa çalışan hər bir kəsin ciddi cəzəlandırılacağını bəyan edib.

…read more

From:: ANS