Moskvada ekspo mərkəz tikiləcək

Tanınmış arxitektor Zaha Hadid Rusiyanın paytaxtı Moskvada tikiləcək ekspo mərkəzin layihəsini hazırlayıb.

Layihə bilavasitə sərgi mərkəzi və qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulmuş iki qülləli binadan ibarətdir.

Mütəxəssislərin fikrincə, bu nəinki Rusiyada hətta Avropada da investisiya və memarlıq baxımından ən iri layihə olmaqla Moskvanı güclü biznes mərkəzinə çevirəcək.

Kompleksin horizontal və şaquli elementləri ərazinin landşaftına tam uyğundur. …read more

From:: ANS

      

Bəhreyndə hökumət buraxıldı

Bəhreynin baş naziri şeyx Xəlifə bin Salman Əl-Xəlifə krallıq hökumətinin buraxıldığını elan edib. Bu qərarı hökumət rəhbəri deputatlar Palatasına keçirilmiş seçkilərlə əlaqədar qəbul edib.

“Konstitusiyanın 33-cü maddəsinə əsasən, yeni parlamentin işə başlaması ilə əlaqədar hökumət istefaya getməlidir, bununla bağlı kabinetin istefası barədə, Əlahəzrət kral Həmədə ərizə verəcəyəm”, – baş nazirin bəyanatında deyilir.

Şənbə günü, noyabrın 29-da krallıqda ümumi parlament seçkilərin ikinci turu keçirilib. Səsvermənin nəticələrinə görə, parlamentdə 27 yeri sünnü deputatlar, 14 yeri isə şiələr deputatlar tutublar. …read more

From:: ANS

      

Qaraya ağ, yoxsa yaşıl demək zamanı (VİDEO)

Ferquson iğtişaşlarına ən müxtəlif bucaqlardan yanaşmalar var: Maykl Braunun ölümünə adicə polis özbaşınalığının səbəbi kimi də baxılır, irqçiliyin acı fəsadı kimi də, polisə müqavimət göstərmiş birisinin haqqına aldığı qurşun seriyası tək də. Əlbəttə bütün bu fərziyələrin hər birinin necə deyərlər günəş altında yeri var, amma Hesabat – Birşəmiş Ştatlar üçün o qədər də səciyyəvi olmayan, bəlkə də çoxlarının ağlına gəlməyən bir prizmadan bu məsələyə yanaşacağıq. Biz Missuridə, Ferqusonda qara və ağdan başqa, bir ayrı rəng də axtaracağıq. Yaşıl.

…Diqqətimizi qətlə yetirilmiş Maykl Braunun qohumlarının onu şəhid adlandırması çəkdi. Bir az çaşdım da. Birləşmiş Ştatlar və şəhid. Qəflətən mənə elə gəldi ki, deyəsən ya Suriya, ya Misir, ya da lap elə İraqa baxıram. Və elə bu şəhid söhbəti də məndə belə bir fikir oyatdı ki, Ferquson hadisələrinin mahiyyətində müsəlman amili və islam faktorunun olub-olmaması barədə düşünək. Birləşmiş Ştatlarda yaşayan müsəlmanların sayı rəsmən 3, qeyri-rəsmi olaraq isə 12 milyona yaxındır. Onların arasında qara dərililər kifayət qədərdir. Elə əslində mənim diqqətimi çəkən də Ferqusonda məhz qara dərililərin kompakt yaşaması oldu. Onların arasında müsəlmanlar çoxluq təşkil edir. Bir az əvvəl qayıdaq. Məsələ burasındadır ki, Birləşmiş Ştatların özünütəqdiminə görə bu ölkədə qurd quzu ilə otlayır, irqi və dini məsələlərdə heç bir ayrı-seçkilik yoxdur və sair. Hətta dünyaya nümunə olaraq Obamanı göstərmək də olar. Necə deyərlər bu boyda Qaradan da artıq rəng olar? Amma dərinə gedəndə, belə çıxır ki, olar… Bu ölkədə yaşayan müsəmanlar bizə təqdim və təlqin olunduğu kimi heç də həmişə hər şeydən razı olmayıblar. Onlar hələ də qaralandıqları zamanları və məkanları xatırlayırlar…

“Mən balaca oğlan olanda, bax indi oturduğumuz bu otelə Afrika amerikalıları girə bilməzdi. Bura girməyin tək yolu o idi ki, burda ancaq işləməlisən. Ayaqqabı təmizləyən, qab yuyan, süpürgəçi, qapçı bir sözlə qulluqçu. Bax məhz bu binada. Bura 40 il əvvə üzümüzə bağlı idi” – deyə Subabu Raşid bildirib.

Siz Türkiyə prezidentinin Kolumbdan əvvəl Amerikanı …read more

From:: ANS

      

Salyanda dəhşətli qəza: 1 ölü, 3 yaralı

Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ələt-Astara magistral avtomobil yolunun 49-cu kilometrliyi, Salyan rayonu ərazisindən keçən hissəsində “Toyota” və “Vaz” markalı minik avtomobilləri toqquşub.

Cəlilabad rayon sakini, 46 yaşlı İman Ağayevin idarə etdiyi “Vaz-2115” markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn “Toyota” markalı maşınla qarşı-qarşıya toqquşub. Zərbə güclü olduğundan avtomobillər bir-birindən təxminən 50 metr aralıya düşüb. Qəza nəticəsində hər iki avtomobil ciddi zədələnərək dəmir yığınına çevrilib.

Hadisə zamanı “Toyota”nın sürücüsü, 55 yaşlı Abşeron rayon sakini Ağasahib Cananov xəsarətsiz ötüşsə də “Jiquli”nin sürücüsü İman Ağayev isə yerindəcə keçinib. Avtomobildə olan onun həmyerlisi, 36 yaşlı Natiq Əliyev, Biləsuvar sakinləri 45 yaşlı Bayram Hacızadə və 41 yaşlı arvadı Dilarə Saqıyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşını ilə dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Natiq Əliyev xəstəxanada ilk tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralılar isə reanimasiya şöbəsində yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. …read more

From:: ANS

      

Moot heldin British Parliament for Hazara victim

sahar

By Murtaza Ali Shah

LONDON: Faith leaders, human rights defenders and Parliamentarians have called on the government of Pakistan to take stringent steps to bring to justice the perpetrators of heinous rape crime against Sahar Batool, 6 in Quetta.

Sahar, the daughter of a gardener working at an army facility, was found dead near a dump close to her home after being strangled with a rope and signs clearly showing rape attempts on her.

The conference in the House of Lords – titled Justice4Sahar – concluded that Sahar is an example of how traumatised the Hazara community is and why it is more urgent than ever before for the government to reign in the militants behind these crimes. Speaking to the Conference ViceChair of the All Parties Parliamentary Group on Human Rights, Lord Avebury said that Hazaras are Shia Muslims who have borne the brunt of the terrorist violence, which has swept the province of Balochistan over the last decade. “The culprits are seldom arrested, and in the few cases when they were, they were never sentenced. The International Imam Hussain Council records the murders and massacres of Shia Muslims throughout Pakistan.

“In 2013, around 700 Shias were killed and 1,061 injured, while this year till the end of October, around 327 have been killed and 904 injured. The terrorist organisations openly claim responsibility for these crimes in press releases and on the internet,” he said.

John Denham, Chair of the Hazara All Party Parliamentary Group, said: “The failure of the Pakistan government to take action to ensure the security of its citizens, including the Hazaras in Quetta, is shameful. The international community must mobilise, both to support Pakistan in tackling terrorism but also to ensure that the Pakistan government takes its responsibilities to its own citizens seriously.”

Chair of All Party Parliamentary Group on Conflict …read more

From:: Hazara People

      

Dünyanın diqqətini necə cəlb etməli (VİDEO)

Bu körpüyə dünən də bir ağıllı çıxmışdı. Xilas edib apardılar. Görünür Koroğlu körpüsü haqqında ciddi bir şey fikirləşmək lazımdır. Kimsə buranı artıq Qıl körpüsünə çevirib. Amma bir şərtlə ki, bu qıl körpüsünün cənnətə çıxışı yoxdur. Əlbəttə ən yaxşısı bu olardı ki, körpünün üstünü xüsusi sədd və maneələrlə bağlasınlar, ya burda polis keşik çəksin. İnzibati cəza, tənbeh təsir etmir. Ya da ki, bu körpünün yerli həvəskar kamikadzeləri ən çox cəlb edən tərəfinə yüksək gərginlikli tok buraxılsın və çıxma öldürər yazılı lövhə vurulsun. Və ora sadəcə diqqəti cəlb etməyə qalxmaq istəyən şəxs də bilsin ki, daha ordan özünü atmasına ehtiyac olmayacaq, ikincisi də lap elə kimsə doğrudan bu körpüdən birbaşa cəhənnəmə getmək istəyirsə buyursun, daha müasir və texnoloji vasitə, onu elektrik cərəyanı vurub hara lazımsa aparır. Bu təbii ki, acı bir zarafatdır. Amma o zarafat da zarafat deyil ki, içində bir hissə gerçək olmasın.

“Mən intihar etməyəcəm. Çünki bu addım ən zəiflərin işidir”. Bu sözlər Dilqəmə aiddir. Ermənilərin əlində girov olan Dilqəm bu sözləri ona işgəncələrin artacağı təqdirdə intihar edəcəyini ehtimal edən yaxınlarına yazdığı məktubla çatdırıb. Mən güclüyəm. Ona görə ki, haqlıyam. Dilqəm bu cür deyib, bu cür düşünür. Elə Şahbaz da ləyaqətlə dözür və duruş gətirir. Amma məncə yaxınları Dilqəm və Şahbazı azad etmək üçün daha çox şey edə bilər. Hakimiyyət onsuz da bacardığını edir. Mən isə girov soydaşlarımızın yaxınlarını bu mübarizəni ölkədən kənara çıxarmağa dəvət edirəm. Dilqəmin və Şahbazın qohumları ən azı Avropa məhkəməsinə qədər gedib çıxmış Baxış Çıraqova baxıb nümunə götürə bilər. Bir dəfə Parisdə, bir dəfə Moskvada, bir dəfə Vaşinqtonda, lap Ağ Evin qarşısında ən azı gedib bir saat dayanmaq, hansısa bir formada etiraz aksiyası keçirmək olar. Dünyanın diqqətini Bakıda oturub məhəlli, hövzə etirazları ilə cəlb eləmək yol deyil. Dövlətə gərək vətəndaş da kömək etsin. Əminəm ki, belə təşəbbüsləri elə dövlət də dəstəkləyəcək…

…read more

From:: ANS