All posts by Admin

Əl-Qaidə liderindən qalmaqallı cavab

Əl Qaidə terror təşkilatının Yəmən qanadı İŞİD qruplaşması barədə maraqlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, təşkilatın bölgədəki nüfuzlu komandirlərindən Əli əl-Ansi ictimai mediada özünə aid səhifə vasitəsilə bəzi jurnalistlərin suallarına cavab verdiyi video paylaşıb. Ansi videoda İŞİD-in baş kəsməsi ilə əlaqədar suala gözlənilməz cavab verib.

“Əl-Qaidə baş kəsərək edamlar reallaşdıraraq İŞİD-in taktikasınımı təqlid edir?” sualına Əli əl-Ansi “Bu cür hərəkətləri İslamın adını istifadə edərək videoya çəkmək və yaymaq böyük səhvdir. Səbəbləri nə olursa olsun bu əsla qəbul edilə bilməz və vəhşilikdir” cavabını verib.

Terrorçunun bu cavabı heç kim tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Əl Qaidə keçdiyimiz həftə içində bir ABŞ vətəndaşı olan foto müxbir Luke Sommersi öldrməklə təhdid edib.ABŞ-ın müvəffəqiyyətsiz əməliyyatından sonra Sommers ilə birlikdə digər bir məhbus olan Pyer Korkini həyatlarını itirib. …read more

From:: ANS

      

Bakı-Nyu-York aviareyslərinin sayı həftədə üç oldu

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti sentyabrın 24-də Bakı ilə Nyu-York arasında birbaşa aviareyslər həyata keçirməyə başlayıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə Con Kennedi Beynəlxalq Aeroportu arasında uçuşlar iki ay müddətində həftədə iki dəfə həyata keçirilib. Dekabrın 8-dən başlayaraq isə Azərbaycan Hava Yolları həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri uçuş həyata keçirəcək.

Azərbaycan Hava Yollarının Böyük Britaniya və ABŞ-dakı nümayəndəliyinin rəhbəri Kamran Qacar bildirib ki, şirkətin bu il aldığı ən müasir Boeing 787 (Dreamliner) təyyarəsi 2015-ci ilin yayında Bakı-Nyu-York marşrutu üzrə uçuşları həyata keçirmək üçün nəzərdə tutulub.

Hazırda Azərbaycan Hava Yolları Bakıdan keçməklə, Nyu-Yorkdan Aktau, Bişkek, İstanbul, Tehran, Təl-Əviv və Tbilisi şəhərlərinə tranzit reyslər həyata keçirir. Arzu edənlər biletləri turizm agentliklərindən və ya bilavasitə özləri www.cheapoair.com, www.kayak.com, www.priceline.com saytları vasitəsilə ala bilərlər. Azərbaycan Hava Yolları rahatlığı təmin etmək və bilet almaq imkanlarını genişləndirmək üçün ixtisaslaşdırılmış turizm veb-saytlarının çoxu ilə danışıqlar aparır.

Qeyd edək ki, Azərbaycan Hava Yollarına məxsus aviareyslərlə Bakıya səfər edən ABŞ vətəndaşları Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn zaman Azərbaycana qısamüddətli giriş vizası ala bilərlər. Bu xidmətləri Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq şöbəsi göstərir. …read more

From:: ANS

      

Bakıda «moyka»da avtomobillərin başına oyun açırlar (VİDEO)

Azərbaycanda avtoyuma məntəqələrindən maşınların qaçırılması barədə xəbərləri tez-tez eşidirik. Və ya, maşınlardan hansısa əşyaların oğurlanması halları da olur. Belə olduqda sürücülər maşını yuyulmağa verdikdə orada gözləsələr, daha yaxşı olar. “Vaxtım yoxdur» deyənlər Avtosfer.az-ın təqdim etdiyi bu videoya diqqətlə baxsınlar.

Sosial şəbəkələrdə yayılan videodan məlum olur ki, bu kardlar avtomobillərdən birində quraşdırılmış videoreqistrator tərəfindən qeydə alınıb. İncəsənət Universitetinin arxasında yerləşən “moyka»da yuyulan avtomobili oradan elə maşını yuyuan şəxs kobud formada çıxarır. Daha sonra isə sürücünün maşının yanında olmamasından istifadə edib maşınla gəzintiyə çıxır. Çala-çökək yollarda avtomobili sürətlə idarə edib “ruçnoy» çəkən avtoyuyucu sonra elə o cür kobud formada da maşını gətirib avtoyuma məntəqəsinin yanında saxlayır. Avtomobilin sahibi baş verənlərdən videoreqistratorun yaddaşına baxarkən xəbər tutub və bunu sosial şəbəkələrdə paylaşıb ki, başqalarının da başına belə işlər gəlməsin.

…read more

From:: ANS

      

Davudoğluna xoş sürpriz (VİDEO)

Türkiyənin baş naziri Əhməd Davudoğlu Polşaya rəsmi səfərə gedib.

ANS PRESS-in məlumatına görə, səfərinin ilk günündə qalacağı otelə gedən Davudoğlu burda xoş bir sürprizlə qarşılaşıb.

Oteldə Əhməd Davudoğlunu Türkiyənin İstiqlal marşını (dövlət himni) oxuyan xor qarşılayıb.

Xoru alqışla qarşılayan baş nazir daha sonra onların səsləndirdiyi “Cəddin dədən” marşını onlarla birlikdə oxuyub.

…read more

From:: ANS

      

Amit Quluzadə "Portu"ya qarşı oynamadı

Portuqaliyanın 1-ci liqasında növbəti turun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, Amit Quluzadənin çıxış etdiyi “Atletiko” “Portu II”nin qonağı olub.

Oyun 1:1 hesabı ilə başa çatıb. Amit matçın iştirakçısı olmayıb. Futbolçumuz 90 dəqiqəni ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Atletiko” 18 turdan sonra 18 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. …read more

From:: ANS

      

ABŞ rus "ovu"na başladı

Rusiya Xarici İşlər Nazirliyini ABŞ-ı rusları “ov”lamaqda ittiham edib.

ANS PRESS-in məlumatına görə, Rusiya Xarici İşlər Naziriliyinin insan haqları və demokratiya məsələləri üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov bildirib ki, Amerika sistemli şəkildə Rusiya vətəndaşlarını “ov”lamaqla məşğuldur.

Konstantin Dolqov bunu ABŞ Dövlət departamentində Rusiya və ABŞ münasibətləri ilə bağlı dinləmələrə münasibət bildirərkən deyib.

XİN rəsmisinin sözlərinə görə, Rusiya ABŞ-ın bu hərəkətlərinə olduğu kimi cavab verməyəcək: “ABŞ vətəndaşlarının “oğurluğu” ilə məşğul olmayacaq”. …read more

From:: ANS