All posts by Admin

Azərbaycanlı nazirin eks gəlini yarmarkada (FOTO)

Bakının Fəvvarələr Meydanında “NARGIS” Nəşriyyat Evinin təşkilatçılığı ilə “Soyuq əllər, İsti ürək” adlı Xeyriyyə Yarmarkasının açılış mərasimi baş tutub.

Yarmarka 2015-ci il yanvarın 4-dək davam edəcək. Burada paytaxt sakinlərini və qonaqları cürbəcür hədiyyələr, maraqlı şou proqram, eləcə də qış rəmzi olan əşyaların satışı üçün yeni il bazarı gözləyir.

Açılışda şoumen Murad Dadaşov, “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova və yarmarkanın meri Miri Yusif çıxış edib. Daha sonra Ülviyyə Rəhmanova yarmarkanın meri seçilən Miri Yusifə böyük açar təqdim edib.

Yarmarkanın ilk günü şəhərin mərkəzində qurulan alış-verişə qatılanlar arasında tanınmışlar da olub. Onlarn biri də azərbaycanlı dizayner Sara Əliyevadır. Qeyd edək ki, Sara Əliyeva energetika naziri Natiq Əliyevin eks gəlinidir. Dizayner nazirin oğlu Fərhad Əliyevin həyat yoldaşı olub. Fərhad Əliyev hazırda müğənni Səfurə Əlizadə ilə evlidir.

…read more

From:: ANS