All posts by Admin

Qarabağla bağlı mühüm açıqlama

“Moskva Qarabağ münaqişəsinin həllində Qərbin istənilən təşəbbüsünü məhv edəcək.”

Bunu Oksford Universitetinin Beynəlxalq münasibətlər və siyasət kafedrasının professoru, politoloq Nil Makfarleyn Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış son gərginliklə bağlı danışarkən deyib.

O, Ermənistan mətbuatına verdiyi açıqlamada bildirib ki, Minsk qrupunun həmsədrləri vəziyyətin deskalasiyası üçün tərəflərlə danışıqlara başlamalıdır. ATƏT qoşunların təmas xəttində müşahidəçi missiyasını genişləndirməlidir: “Onların qarşısında münaqişəni nizama salmaq, etimad mühiti yaratmaq və gərginliyi yumşaltmaq üçün vasitəçilik missiyası var. İndi tərəflərin güzəştə getməyə hazır olmaması problem yaradır. Danışıqlar aparmaq üçün isə etibar qazanmaq lazımdır.”

Politoloq deyib: “Azərbaycan əmindir ki, Qarabağ onun qanuni ərazisidir, insanlar Qarabağa, yurdlarına qayıtmalıdır və Qarabağda Azərbaycanın Konstitusiyası işləməlidir.

Ermənistan isə düşünür ki, Qarabağda erməni əhalisinin təhlükəsizliyi qorunmayacaq və guya Dağlıq Qarabağ əhalisinin əksəriyyəti öz müqəddəratını təyin etmə hüququna malikdir. Ermənilər Laçın və Kəlbəcər üzərində nəzarət istəyirlər. Təbii ki, bu da çətin məsələdir.

N.Makfarleyn münaqişədə Rusiya-Qərb amilinə də toxunub: “Belə gərgin vəziyyətdə Rusiyanı ittiham etmək çətindir. Əgər ABŞ münaqişənin nizama salması prosesinə təşəbbüs edərsə, ruslar Qərbin istənilən təşəbbüsünü, təklifini bəyənməyəcək, əksinə, məhv edəcəklər.” …read more

From:: ANS

      

"Kitayski" "Range Rover" (FOTO)

Çinlilərdən daha bir oğurluq. Bu dəfə onlar “Range Rover”i təqlid ediblər. ANS PRESS-in məlumatına görə, çinlilər “Range Rover Evoque” modelinin bənzərini yaradıblar. Yeni maşın orjinalının 1/3 qiymətinə satışa çıxarılıb.

İngiltərənin “Jaguar Land Rover” şirkəti indi çinliləri məhkəməyə verməyə hazırlaşır.

Çin istehsalı saxta “Range Rover” Guangzhou vilayətindəki sərgidə nümayiş etdirilib. “LandWind X7” adı ilə tanıdılan maşın “Range Rover Evoque” inanılmaz bənzərliyi ilə seçilir.

Maşının orjinalı 40 min funt sterlinqə (62 min dollar) olsa da, “LandWind X7” sadəcə 14 min funta (22 min dollar) satılır.

Qeyd edək ki, LandWindin “CV9” modeli 2010-cu ildə Avropada təhlükəsizlik sınaqlarından 2 bal ala bilib.

Orjinal maşın

Çin istehsalı
…read more

From:: ANS

      

Bakıda asfalt oğruları-VİDEO, FOTO

Bakının bəzi yollarında asfalt örtüyünün oğurlanması ilə bəzi təfərrüatlar məlum olub.

ANS PRESS-in “qaynar xətti”nə qazılaraq oğurlanmış asfalt örtüyünün fotosu və videosunu göndəriblər. Bu video və fotolar Bakının Badamdar və NZS qəsəbələrində çəkilib. Fotolardan yoldakı asfalt örtüyünün təxminən 20 metr ərazidə qazılaraq götürüldüyü görünür. Bu ərazidə havanın quraq vaxtında elə də problem yaranmasa da yağış yağanda əməlli-başlı palçıq olur. Bu ərazidən keçmək üçün əsl qəhrəmanlıq tələb olunur.

Xatırladaq ki, ANS PRESS-in bir neçə gün əvvəl qaldırdığı problemdə Bakının Badamdar və NZS qəsəbə sakinləri “qaynar xəttə” zəng edərək yolların asfalt örtüyünün oğurlanaraq bir maşını sonradan ucqar məhəllə sakinlərinə 70-80 manatdan satıldığı bildirilirdi. .

Məsələ ilə bağlı “Azəryolservis” təşkilatı və Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Hər iki qurumdan bundan xəbərsiz olduğu bildirilirdi.

Video və fotoları təqdim edirik:

…read more

From:: ANS

      

Erməniləri çox qorxudan səfər

Rusiya prezidenti Vladimir Putinin dekabrın 1-ə nəzərdə tutulan Türkiyə səfəri Ermənistan mətbuatında ciddi narahalıq doğurub.

ANS PRESS-in məlumatına görə, erməni mətbuatı rəsmən Rusiya-Türkiyə Şurasının 5-ci iclasına sədrlik etməyə gedən rus liderinin səfərini Ermənistan üçün ciddi nəticələr verəcəyini iddia edirlər.

“Rusiya və Türkiyə arasında anlaşımazlıqlar var, amma onlar daima bu məsələləri həll edirlər. İndi də iki ölkə bir sıra regional məsələlər barədə anlaşa bilərlər”, – deyə erməni jurnalist Haykazn Qaqriyan yazır.

Onun fikrincə, bu görüşdə Türkiyə ilə Rusiya arasında erməni məsələsi də həll ediləcək: “İndi məlum olub ki, Moskva və Ankara erməni məsələsinin müzakirəsinə hələ 2008-ci ildən başlayıblar. Rusiya-Türkiyə danışıqları çərçivəsində Ankara Qarabağın geri qaytarılmasını və soyqırımın tanınması məsələsinə mövqeyin dəyişdirilməsini şərt qoyub”,- deyə Qaqriyan bildirib. …read more

From:: ANS

      

Rusiya 100 milyard itirir

Rusiya neftin qiymətinin 30 faiz düşməsindən ildə 100 milyard dollar itirəcək.

ANS PRESS-in BBC-yə istinadla verdiyi xəbərə görə, bunu ölkənin maliyyə naziri Anton Siluanov deyib.

Ümumiyyətlə, OPEK üzvləri neftin qiymətini sabit saxlamaq üçün istehsalı azalda bilərlər. İran, Liviya, Venesuela istehsalı azaltmağa tərəfdardırlar və onlar OPEK üzvlərini neft qiymətlərini dəstəkləməyə çağırırlar. Küveyt isə bildirir ki, istehsalı azaltmaq qərarı ağlabatan deyil.

OPEC-in ən böyük istehsalçısı və ixracatçısı Səudiyyə Ərəbistanı da qarışıq siqnallar göndərir.

Neft ekspertlərinin fikrincə, Səudiyyə Ərəbistanının qərarına Vyanada İranla nüvə proqramı danışıqlarının nə nəticə verməsi təsir göstərir. Ancaq İranla bu danışqlar nəticəsiz başa çatdı və danışqlar gələn ilin yayına kimi uzadılıb.

Rusiyanın enerji naziri Aleksandr Novak deyib ki, Rusiya istehsalı azaltmağa tərəfdardır. Ancaq bu, başqa ölkələrlə razılaşdırılmalıdır. …read more

From:: ANS

      

FEMEN yenə soyundu (FOTO)

Yarıçılpaq FEMEN fəalı Strasburq kilsəsində aksiya keçirdi.

ANS PRESS-in məlumatına görə, fəal kilsədə olan qurbangaha çıxaraq Roma Papası Frnasiskin 25 noyabrda səfərinin siyasiləşdirilməsinə qarşı çıxıb.

Çılpaq belində “Papa- siyasətçi deyil”, sinəsində isə “antidünyəvi Avropa” yazılan qız əlində Avropa Birliyinin bayrağını yelləyib.

Bu aksiyanı FEMEN-in ən uğurlu aksiyalarından hesab etmək olar. Bir dəqiqə ərzində etirazını bildirən fəal insanlar arasında gizlənə bilib və polis onu yaxalamağa müvəffəq olmayıb.

Bundan əvvəl Femençilər düz Vatikanda “Müqəddəs Pyotr” kilsəsi qarşısında soyunaraq Papanın Strasburq səfərinə qarşı çıxmışdılar.

…read more

From:: ANS

      

Harvard qatığın faydasını tapdı

Ağartı məhsulları, daha doğrusu qatığın daha bir faydası tapıldı. ANS PRESS-in məlumatına görə, ağartının möcüzəvi faydasını Harvard universitetinin alimləri ortaya çıxarıblar. Aparılan yeni araşdırmaya görə, gündə iki qaşıq qatıq yemək diabetə yaxalanma riskini 1/5 azaldır.

Mütəxəssislər 200 mindən çox qadın və kişinin pəhrizlərini illərlə izləyiblər. Onlardan 15 minə yaxını bu illər ərzində diabetə yaxalanıblar. Bundan sonra alimlər onların menyularında pendir, qatıq, süd kimi məhsulların olub olmamasını müəyyən ediblər. Süd, pendirin xəstəliyə hər hansı təsirinin olub olmaması bəlli olmasa da, qatıq diabet rsikini 18 faiz azaldıb.

Araşdırmaya rəhbərlik edən professor Frank Hu qatığın diabetdən qorunmağın ən ucuz və asan yolu olduğunu deyib. Buna səbəb isə onun tərkibindəki bakteriyalardır. Belə ki, bu faydalı bakteriyalar metobolizmanın çalışma sürətini tənzimləyir və xəstəliyin qarşısını alır. …read more

From:: ANS