All posts by Admin

Azərbaycanda yol polisini saymayan vəzifəlilər (VİDEO)

Baş Dövlət Yol Polisi İdarəsi Göyçay və Ağdaş rayonlarında qaydaları pozan sürücülərlə bağlı reyd keçirib. ANS PRESS-in bölgə müxbirini verdiyi məlumata görə, reydlər zamanı 500-dən çox sürücü barəsində inzibati tədbir görülüb.

Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran sürücülər cəzalandırılıb.

Bundan başqa, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul edib sükan arxasına keçən xeyli sayda sürücü müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı yol polisi əməkdaşlarının göstərişlərinə əməl etməyən, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib asayiş keşikçilərinə tabe olmaq istəməyən sürücülərə də rast gəlinib. Yoxlanış zamanı bir neçə vəzifəli şəxs də polisin dayanmaq göstərişinə əməl etməyib. Həmin sürücülər saxlanılaraq lazımi tədbirlər görülüb.

Reydlərdə Baş Dövlət Yol Polisi İdarəsinin şöbəsinin müdiri, polkovnik Ərəstun Məcidov da iştirak edib. O, jurnalistlərə açılqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən yol polisi əməkdaşları tərəfindən Ağdaş, Yevlax və Göyçay rayonlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı yol nəqliyyat hadisələrinin baş verməsinə biləvasitə səbəb ola biləcək qayda pozuntuları aşkar edilib.

Ərəstun Məcidov qeyd edib ki, iki gün ərzində 3 rayonda keçirilən reydlər zamanı yol polisi əməkdaşlarının qanuni tələbinə qəsdən əməl etməyən və ona müqavimət göstərən 3 nəfər şəxs saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsilə materiallar tərtib olunaraq məhkəməyə göndərilib.

Həmçinin, reyd zamanı 200-dən çox sürücü təhlükəsizlik kəmərindən istifadə etməməsilə bağlı, 5 sürücü avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunub. 500-dən çox sürücüyə isə şifahi xəbərdarlıq edilib. Onlarla profilaktik söhbət aparılıb. O, reydlər keçirilən rayonlarda əhalinin bu cür tədbirləri yüksək qiymətləndirdiyini bildirib.

Reydlər zamanı qayda pozan sürücülər tibbi müayinəyə cəlb edilərkən onlardan 6 nəfərin narkotik maddə qəbul edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi müəyyən olunub.
Qeyd edək ki, 2014-cü ilin əvvəlindən bəri ölkədə baş verən 2533 yol-nəqliyyat hadisəsi zamanı 1052 nəfər ölüb, 2590 nəfər xəsarət alıb. Ötən ilin 11 ayı ilə müqayisədə bu il ölkəmizdə …read more

From:: ANS

      

Çılpaq fotolarının ardınca bunu etdi... (VİDEO)

Çıplaq fotolarının yayımlandıqdan sonra ortalarda görünməyən Keti Upton (Kate Upton) yeni obrazı ilə təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, model video oyunun reklam çarxının çəkilişləri üçün kameralar qarşısına keçib. Oyun “Savaş Oyunu” (Game of War) adlanır.

Çılpaq gözəl kimi məşhurlaşan Upton “Cəsur ürək” filmini xatırladan səhnələrdəki cəsur qız obrazında ekranlara gəlib. Gözəl model meşədə qarşısına çıxan nəhəng vəhşinin üzərinə hücum çəkir.

Modelin birdən-birə belə bir obrazda görünməsi hər kəsdə şok effekti yaradıb.

…read more

From:: ANS

      

Əlimizi planşetə çevrirlər (FOTO, VİDEO)

“Ağıllı” qolbaq Cicret əlinizi planşet ekranını əlinizdə əks etdirəcək.

ANS PRESS-in məlumatına görə, istehsalçılar yeni qolbağın istehsalı üçün artıq vəsait toplamağa başlayıblar. Cihazda adi planşetlərdə olduğu kimi tam prosessor, quraşdırılmış yaddaş, Wi-Fi, Bluetooth və başqa funksiyaların olması nəzərdə tutulur. Yeni “ağıllı” qolbaqlar adi smartfonlar kimi işləyə biləcək.

Qolbaqda görüntüləri əks etdirmək üçün pikoproyektor olacaq. Həmçinin barmaqların hərəkətini izləmək üçün səkkiz yaxınlaşdırma sensorunun olması da nəzərdə tutulur. Bundan başqa, qolbağın əksetdirmə, işıq və titrəmə vasitəsilə xəbərdarlıq edə bilməsi üçün qolbaqda akselerometr, işıq indikatoru və titrəmə motorunun olacağı da bildirilir. Qolbağın korpusunun sudan qorunma funksiyası olacaq.

Çoxları belə qolbağın yaradıla bilməsinə şübhə etsə də, layihə müəllifləri ilk ağıllı qolbağı 3 həftə arzində istehsal edəcəklərini bildiriblər. Qolbağın satış qiymətinin 400 dollar (təxminən 314 AZN) olması planlaşdırılır.

…read more

From:: ANS

      

Əli Mirəliyev çəkiliş qrupuna bıçaq çəkmək istədi (VİDEO)

Şou-biznesin vicdan səsi Əli Mirəliyevin qalmaqallı videogörüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, qırmızı şalvar geyinərək çəkilişə qatılan ifaçı möhkəm əsəbiləşərək özündən çıxıb.

Əli Mirəliyev rol aldığı ‘Yumurta’ komediyasının yaradıcı qrupu ilə dalaşır. Görüntülərdə rejissor Pənah Eldaroğlu müğənniyə yaxınlaşaraq çəkilişin alınmadığını və başqa sənətçi dəvət edəcəyini bildirir. Onun bu sözündən əsəbiləşən Əli Mirəliyev qışqırmağa başlayır.

“Necə yəni alınmır? Necə yəni başqa adam gətirəcəm? Səmədi gətirmək istəyirsiz?” Rejissorun cavabı onu daha da özündən çıxarır. “Səməd, qıçlarını sındıraram sənin, mənim çörəyimə bais olsan” – deyərək etirazını bildirir.

Çəkiliş qrupunu da təhqir etməklə ürəyi soyumayan müğənni, hətta onları vurmaq üçün bıçaq da axtarır.

Çəkiliş qrupu çox çətinliklə Əli Mirəliyevi sakitləşdirə bilir.

…read more

From:: ANS

      

Ermənilərə bəd xəbər

“Türkiyə və Ermənistan arasında sərhədlər bütün mövcud məsələlər nizama salındıqdan sonra açıla bilər. Bu, təkcə Türkiyə-Ermənistan razılaşmalarına aid deyil, həm də Azərbaycan ilə Ermənistan arasında münasibətlərə aiddir.”

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davutoğlunun müşaviri Etyen Maxçupyan bildirib.

O, “erməni soyqırımı”nın 100 illiyini nəzərdə tutaraq deyib: “2015-ci il aprelin 24-ü çox simvolik tarixdir və bunun yaxınlaşması erməni mühitində radikalizmin kəskinləşməsinə səbəb olur.”

Onun sözlərinə görə, Türkiyə erməni tərəfini təmin edəcək hər hansı hərəkət, təşəbbüs göstərməyəcək. Erməni tərəfinin məsələyə yanaşmasına görə, soyqırım və sərhədlərin açılması məsələsində Türkiyə tərəfindən hər hansı güzəştlər qeyri-mümkündür.

O xatırladıb ki, bu il tarixdə ilk dəfə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu məsələ ilə bağlı müraciət etdi, başsağlığı verdi və bunu iki xalqın ümumi ağrısı, köhnə tarixin hadisələri adlandırdı.

Türkiyə və Ermənistan arasında hazırda diplomatik əlaqə yoxdur. İki ölkə arasında 330 kilometrlik sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlanıb. Ölkələr arasında mürəkkəb münasibətlər Ermənistanın işğalçılıq siyasətinə, Dağlıq Qarabağ probleminə görə yaranıb. Həmçinin Türkiyənin münaqişənin həllində Azərbaycanın mövqeyini tam dəstəkləməsi, eyni zamanda “erməni soyqırımı” iddialarına Ankaranın kəskin reaksiyası buna imkan vermir. …read more

From:: ANS

      

Bakıda gecə klubundan qızla çıxan sərxoş oğlanın əməlləri (VİDEO)

Sərxoş vəziyyətdə avtomobili idarə etmək, sürət həddini aşmaq o dünyaya “təkərli tabut”da getmək deməkdir.

Azərbaycanda yol qəzalarının qarşısının alınmasında təbliğatın gücləndirilməsi olduqca önəmlidir. Bu proses bütün dünyada gedir və müəyyən nəticələr də əldə olunub. Artıq ölkəmizdə ictimai təşkilatlar da yol hərəkəti təhlükəsizliyinə dair müəyyən addımlar atmağa başlayıblar. Bunlardan biri də “Yol terroruna son” layihəsidir. İsmayıl İsmayılın rəhbərlik etdiyi layihə Prezident yanında Gənclər Fondunun elan etdiyi müsabiqədə qalib gəlib.

Layihə çərçivəsində üç vidoçarx hazırlanıb. Onlardan biri də sərxoş vəziyyətdə avtomobil idarə edənlərə və sürət həddini aşanlara həsr olunub. Videoçarxda diskotekada əylənən sürücünün sərxoş vəziyyətdə sükan arxasına əyləşməsi, yolda isə sürəti aşaraq başqa bir maşınla yarışa çıxması və bunun nəticəsində də yol qəzasının baş verməsi əksini tapıb. Bütün bunlar müəyyən mənada reallığı da əks etdirir. Çünki bu gün gənclər arasında sərxoş halda avtomobil idarə edənlər, sürət həddini aşanlar çoxluq təşkil edir. Gənclər Fondunun bu cür layihələrə dəstək verməsi təqdirəlayiqdir.

Avtosfer.az layihə çərçivəsində çəkilmiş videoçarxlardan birini təqdim edir. Digərlərini də təqdim edəcəyik.

…read more

From:: ANS

      

Erməni ailənin yalanı üzə çıxdı

Azərbaycandan Ermənistana qaytarılan Gevorkyan ailəsinin üzvlərində xəstəlik aşkar edilməyib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistandakı xəstəxanalardan birinin reanimasiya şöbəsini müdiri Qaqik Manukyan deyib.

O bildirib ki, ailənin bütün üzvləri müayinədən keçiblər və onlarda heç bir xəstəlik, viruslar aşkar edilməyib. Qaqik Maukyananın sözlərinə görə, tezliklə ailə evə yola salınacaq.

Qeyd edək ki, Gevorkyan ailəsi Ermənistan mətbuatına açıqlamalar verərək Azərbaycanda onlara qarşı kobud rəftar edildiyini iddia ediblər. Guya onlar Azərbaycanda olarkən döyülüblər və hətta cərəyana veriliblər.

Xatırladaq ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq, 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə respublikamıza qanunsuz keçmiş və o zamandan ölkəmizdə saxlanılan Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri – həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna, oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviçi aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında 2014-cü il dekabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarıb. …read more

From:: ANS