All posts by Admin

Bu sürücülərin şəklini televiziyada göstərəcəklər

İnquşetiya hakimiyyəti yol hərəkəti qaydalarını pozanlara qarşı yeni ölçülər tətbiq etmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bundan sonra ölümcül yol-nəqliyyat hadisəsi və ya sərxoş halda qəza törədənlərin şəkilləri televiziyada göstəriləcək.

Bununla da rəsmilər qanun pozan sürücülərin ictimai qınaqla qarşılaşacağını və gələcəkdə daha diqqətli olacağını düşünür.

Belə bir təşəbbüs İnquşetiya prezidenti Yunusbəy Yevkurova məxsusdur. …read more

From:: ANS

      

Prezident Rusiyanı "ağılsız" adlandırdı

Litva prezidenti Dalya Qribauskayt Rusiyanın hərəkətlərini “güc yox ağılsızlıq” adlandırıb.

ANS PRESS-in məlumatına görə, prezident Rusiyanı tənqid edib.

“Bu güc nümayişi deyil. Gəlin onlara buna görə sevinməyə imkan verməyək. Bu ağılsızlığın nümayişidir, məsuliyyətsiz davranışdır.”, – deyə Qribauskayt bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Niderland Müdafiə Nazirliyi bildirmişdi ki, NATO çərçivəsində ölkəsinin Hərbi Hava Qüvvələrlərinin iki F16 qırıcısı Baltikyanı ölkələrin hava məkanında səma patrulu çəkən zaman “İl” Rusiya hərbi təyyarəsini Estoniyanın və Litvanın hava məkanında yaxalayıb.

Rusiya Müdafiə Nazirliyi bu informasiyanı təkzib etmişdi. …read more

From:: ANS

      

Bəzi ssenarilər hazırlamışıq

Prezident İlham Əliyev “Rossiya-24” kanalına müsahibəsində Azərbaycan iqtisadiyyatı və neftin ucuzlaşması ilə bağlı suallara cavab verib.

ANS PRESS-in məlumatına görə, İlham Əliyev dünya bazarında neftin ucuzlaşması fonunda Azərbaycanın müxtəlif ssenarilər hazırladığını bildirib:

“Bu il bizdə üçfaizlik artım gözlənilir. Lakin biz ümumi daxili məhsulu hesablayarkən, əsasən qeyri-neft sektoruna diqqət yetiririk və orada vəziyyət daha yaxşıdır. Biz bu il orada 6-7 faiz artım gözləyirik. Ötən il artım 10 faiz olub. Gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10 faizədək artım gözləyirik. Bu, məhz şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırmağımızın və səylər göstərməyimizin nəticəsidir. Bu gün ümumi daxili məhsulda neft sektorunun payı təqribən 45 faiz, yəni, yarıdan az təşkil edir. Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Neftin qiymətinin 60 dollar olacağı təqdirdə, iqtisadiyyat sabit inkişaf edəcək”.

Prezident dövlət büdcəsində neftin ucuzlaşmasının bir sıra layihələrin ertələnməsinə səbəb olduğunu deyib:

“Biz büdcəni qəbul edəndə qiymət 90 dollar olub. Yeganə mənfi hal budur ki, biz il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq. Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin layihələri əsasən həyata keçirmişik.

İqtisadiyyatı hətta builki səviyyəyə qədər inkişaf etdirmək üçün sahibkarlığın stimullaşdırılması, güzəştli kreditlərin verilməsi, fermerlərə subsidiyaların ayrılması üzrə ciddi tədbirlər görülüb. Bizdə fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad olunub. Dövlət kənddə istehsalın inkişafına fəal şəkildə subsidiya ayırır.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi sabit inkişaf edir. Azərbaycan artıq kosmik sənayesi olan ölkədir. Artıq birinci peyk buraxılıb, tezliklə ikincisi buraxılacaq. Yəni, bu sahə, kənd təsərrüfatı fəal inkişaf edir. Turizmə böyük ümidlər var. Hazırda bütün ölkə ərazisində çoxlu müasir mehmanxana yaradılır. Biz Bakıya istirahət yeri kimi üstünlük verən turistlərin sayının artdığını görürük. Bax, bu əsas istiqamətlər və üstəgəl artıq neçə ildir həyata keçirdiyimiz sənayeləşdirmə siyasəti, şübhəsiz, öz bəhrəsini verir. Biz özümüzü təkcə ərzaq …read more

From:: ANS

      

Düşməni belə izləyəcəyik (VİDEO)

“Bakutel” sərgisi bu gün kosmik sənaye sahəsində müqavilənin bağlanması ilə də əlamətdar olub. Müqavilə “Azərkosmos” və Fransanın “Airbus Defens and Space” şirkəti arasında, prezident İlham Əliyevin iştirakı ilə imzalanıb. Prezident peykdən ilk simvolik görüntünü əldə etməklə “Azərskay” peykinin kommersiya fəaliyyətinə start verib.Bununla da Azərbaycan Yer səthinə nəzarət etmək iqtidarında olan ilk peyki əldə edib. Bu peykin Azərbaycana verəcəyi üstünlüklər isə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevlə müzakirə edir.

– Rəşad bəy Nəyə görə biz “Airbus”ı seçmişik?

– Son bir neçə ildə Azərbaycan və Fransa arasında istər siyasi, istərsə də iqtisadi münasibətlər strateji xarakter daşıyır. Bu baxımdan da son bir neçə il ərzində Azərbaycan Respublikası Prezidenti və Frans Prezidenti cənab Ollandın görüşləri bütün sahələrdə olduğu kimi kosmik sahədə də əməkdaşlıq üçün geniş imkanlar açmışdır. Artıq biz əminliklə deyə biləri ki, Azərbaycan və Fransa arasında kosmik sahədə strateji əməkdaşlıq mövcuddur. Biz öz ilk peykimizi 2013-cü ildə orbitə buraxılmasını Fransanın “Airbus” şirkətinə etibar etdik. Bu gün isə imzalana müqavilə gəlincə onu demək istərdim ki, artıq son bir il ərzində tərəflər arasında aparılan danışıqların nəticəsi olaraq “Airbus Defens and Space” şirkəti ilə “Azərkosmos” ASC arasında bu ilin iyun ayında orbitə buraxılmış Yer səthinin müşahidə peyki, yəni bu günə qədər “SPOT 7” adlana peyk, bugündən etibarən “Azərsky” peyk Azərbaycan tərəfinə təhvil verildi və tam etibarı ilə Azərbaycanın peyki oldu.

– Bu gün imzalanan müqavilə Azərbaycana nə verəcək?

– Öncə onu deyim ki, bu səpgidə olan peyklər hər bir ölkəyə transfer edilmir. Bu onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş statusunu bütün dünyada əldə edib. Bu da bu peyk bir üsütünlükdür. Bu gün yalnız 20-yə yaxın ölkənin Yer səthinin müşahidə peyki var. Bu peyk özü-özlüyündə yüksək texnologiyaların digər ölkələrə ötürülməsini ifa edir. Bu gün Azərbaycan müharibə şəraitində olmasını nəzərə alaraq – bu istər hərbi, istərsə də təhlükəsizlik məqsədləri üçün tam istifadə olunacaq bir peykdir. Sərhədlərin, neft kəmərlərin, terminalların …read more

From:: ANS

      

Polis arağı marketdən belə oğurladı (VİDEO)

Rusiyada ərzaq mağazalarından birində yerləşdirilmiş müşahidə kameraları polis əməkdaşının araq oğurluğunu qeydə alıb.

ANS PRESS-in məlumatına görə, Tverdə baş verən hadisə zamanı kadrlarda polis serjantı Oleq Zuyevin araq şüşəsini götürüb və onu geyimin altında gizlətdiyi görünür.

Bundan sonra polis çıxışa tərəf gedir. Burada isə onu mağazanın mühafizəçiləri gözləyirdi. Ərzaq dükanının əməkdaşı polisi yoxlamağa qərar verir və ona ciblərini göstərməyi xahiş edir. Ancaq xahişə cavab olaraq polis onlara yumruq atır. Bundan sonra serjant gizlənməyə çalışsa da dükanın əməkdaşları onu saxlaya bilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

…read more

From:: ANS

      

Məktəbdə silahlı şəxs tutuldu

ABŞ-da tapançayla məktəbə keçmiş qızından qisas almağa gedən yeniyetmə tutulub.

ANS PRESS-in məlumatına görə, Yuta ştatının şimalında baş verən hadisə haqda “CBS” yazıb.

Bildirilir ki, polis hazır doldurulmuş tapançayla məktəbə gedən və öz keçmiş qızını öldürməyə hazırlaşan yeniyetməni saxlayıb.

Polisin açıqlamasına əsasən, silahlı yeniyetməni məktəbin bir şagirdi görüb və bu haqda polisə xəbər verib.

16 yaşlı oğlan qanunsuz silah saxlamaqda ittiham edilir.

Oğlanın həbs edilməsinə baxmayaraq, məktəbin şagirdləri sinif otaqlarının axtarışı üçün təxliyyə edilib. …read more

From:: ANS

      

Rusiya gələn il çökəcək

Qərbin sanksiyalarına və neftin qiymətinin aşağı düşməsi nəticəsində gələn il Rusiya iqtisadiyyatı tənəzzülə uğrayacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya hökuməti xəbərdarlıq edib.

Rusiya İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, Rusiya iqtisadiyyatı 0,8 faiz daralacaq.

Qeyd edək ki, bundan əvvəl nazirlik hesablamışdı ki, 2015-ci ildə iqtisadiyyat 1,2 faiz inkişaf edəcək.

Rusiya neft sənayesindəki vergilərdən əldə etdiyi gəlirlərə çox arxalanır deyə qiymətlərdə hər hansı dəyişiklik iqtisadiyyatına böyük təsir göstərir.

Ailəvi təmiz gəlirlərin həmçinin 2,8 faizədək azalacağı proqnozlaşdırılır. Nazirliyin əvvəlki hesablamalarında bu gəlirlərin 0,4 faiz artacağı gözlənilirdi.

Rusiya iqtisadi proqnozundakı kəskin dəyişmə, hökumət tərəfindən iqtisadiyyatın tənəzzül edəcəyi barədə ilk etiraf olduğuna görə daha böyük əhəmiyyət kəsb edir. …read more

From:: ANS

      

İsraildə şok: Hökumət dağıldı

İsrailin baş naziri Benyamin Netanyahu hökumətdə böhranın yaşandığını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, İsrail Nazirlər Kabinetinin açıqlamasına görə, Netanyahu kabineti quran Yeş Atid partiyasının lideri, maliyyə naziri Yair Lapid və Hattuna partiyasının lideri və ədliyyə naziri Tzipi Livninin vəzifələrindən azad edilməsi barədə təlimat verib.

İsraildə 2 il əvvəl qurulan koalisiya hökumətində Lapid 19 millət vəkili, Livni isə 6 deputatla fəaliyyətə başlamışdı. Onların vəzifələrindən azad edilməsi ilə koalisiya hökuməti dağılıb və Netanyahu güvən səsverməsi üçün lazım olan 61 səsi də itirmiş oldu.

Netanyahunun yaxın saatlarda açıqlama verəcəyi və növbədənkənar seçkilərin keçiriləməsi ilə bağlı açıqlama verəcəyi gözlənilir. …read more

From:: ANS