All posts by Admin

BMT-dən təcili çağırış

BMT-nin Qaçqınlar üzrə Agentliyi bir müddət öncə maliyyə böhranı səbəbindən 1,7 milyondan artıq suriyalı qaçqına ərzaq yardımını dayandırmaq məcburiyyətində qaldığını elan etmiş Ümumdünya Ərzaq Proqramına təcili beynəlxalq dəstək verilməsinə çağırıb.

BMT-nin Bakı nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı bildirib ki, çətin dövrdə onların yanında olmaq lazımdır.

“Qış artıq suriyalı qaçqınların həyatında son dərəcə çətin dövrdür, amma bu mühüm məqamda ərzaq yardımının dayandırılması vəziyyəti daha da pisləşdirəcək. Bu, ən əlverişsiz durumda olan və demək olar bütünlüklə beynəlxalq yardımdan asılı vəziyyətdə olan on minlərlə qaçqın ailəsinə təsir göstərəcək. Mən təcili olaraq beynəlxalq birliyə müraciət edirəm: indi Ümumdünya Ərzaq Proqramına dəstək verin, qaçqınları ac qalmağa qoymayın”, deyə Ali Komissar bildirib. …read more

From:: ANS

      

Bakıda şagirdlərin təxliyyə edildiyi məktəblə bağlı açıqlama

Bu gün səhər saatlarında 20 saylı məktəbdə yaranan problemlə əlaqədar olaraq şagirdlər binadan təxliyyə edilib, təhlükəsizlik tədbirləri görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin və müvafiq dövlət qurumlarının apardığı araşdırma nəticəsində məktəbdə zərərli maddə və qazlar aşkar edilməyib, oksigen norma daxilində olub.

Qeyd edək ki, məktəb binası daxilində ümumiyyətlə qaz xətləri mövcud deyil.

Sabahdan etibarən tədris prosesi bərpa olunacaq.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda, 20 saylı orta məktəbin müvəqqəti yerləşdirildiyi binada qaz qoxusu hiss olunub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. …read more

From:: ANS

      

Ramil Usubov geniş kollegiya iclası keçirdi

Daxili İşlər Nazirliyində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”nin və “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi”nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

ANS PRESS-in məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, göstərilən istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinin, qanunvericilik aktlarının, o cümlədən Dövlət Proqramlarının tələblərinə uyğun qurulmasının, əməliyyat-xidməti fəaliyyətdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinin qarşıda duran əsas vəzifələrdən olduğunu bildirib.

Qeyd olunub ki, cari ilin ötən dövründə daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər bütövlükdə qənaətbəxş olub, əldə edilmiş müsbət təmayüllər cari ilin on bir ayında da qorunub-saxlanılıb. Polisin əsas vəzifələrindən biri olan narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması və təqsirləndirilən şəxslərin axtarışının təşkili üzrə də davamlı iş aparılır, bu sahədə görülən işlər Kollegiya iclaslarında və əməliyyat müşavirələrində geniş müzakirə olunur, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə lazımi göstərişlər verilir, əməli köməklik göstərilir. Nazir son illər hər iki istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb.

Gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edən Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tutulmuş şəxslərin sayı 6 faiz çox olmaqla axtarışın nəticəsi 60,2 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 34,1 faiz təşkil edib. İnsan alveri, soyğunçuluq, mənimsəmə və israf etmə cinayətlərinə görə axtarılanların tutulma göstəriciləri orta hesabla 7 faiz yüksəlib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 68, bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub.
İtkin düşmüş şəxslərin …read more

From:: ANS

      

Putinin dediyi yalan çıxdı?

Bolqarıstan hökuməti Rusiya prezidenti Vladimir Putinin Türkiyədə səfərdə olarkən “Cənub axını” layihəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarski bildirib ki, layihənin dayandırılması ilə bağlı Rusiya tərəfindən heç bir rəsmi məlumat verilməyib.

“Məsələ ilə bağlı Rusiya bizi məlumatlandırmayıb”, deyə nazir bildirib.

Xatırladaq ki, Vladimir Putin Tqürkiyədə səfərdə olarkən bildirmişdi ki, “Cənub axını” layihəsi dayandırılıb. Prezident buna səbəb kimi Bolqarıstan tərəfinin layihənin həyata keçirilməsində maraqlı olmadığını göstərmişdi. …read more

From:: ANS

      

İŞİD məşhur ssenaristi yaraladı

Məşhur ssenarist Öndər Çakar İŞİD-in etdiyi hücum nəticəsində yaralanıb.

ANS PRESS-in məlumatına görə, “Takva” filminin ssenaristi Kobanidə ağır xəsarətlər alıb.

Belə ki, terror qruplaşmasının Kobaniyə etdiyi hücumların ardından PKK-nın Suriya qanadı olan YPG-yə qoşulan Öndər Çakar İŞİD-in təşkil etdiyi son hücum nəticəsində ağır yaralanıb.

Dəclə Universitetinin tibb fakültəsinin xəstəxanasına aparılan ssenaristin iki ayağının heç birinin işləmədiyi bildirilir. Öndər Çakar reanimasiya şəraitində müalicə olunur. …read more

From:: ANS