All posts by Admin

Pənah Hüseyn blok yaradır?

AXP lideri: “Dövlətçiliyə qarşı olan istənilən radikal qrupu qəbul etmirəm”

Sosial şəbəkədə Azərbaycanın tatnınmış siyasətçisi, Azərbaycan Xalq Partiyasının (AXP) lideri Pənah Hüseynin anti-sələfi, anti-nurçu və anti-radikal blok yaratması barədə xəbərlər yayılır.

ANS PRESS-ə də daxil olan məlumatda deyilir ki, Pənah Hüseyn məsələ ilə bağlı Bakı ətrafında kirayəyə götürülmüş bir villada hər həftə sonu görüş keçirir. Tanınmış bir qəzetin baş redaktoru və tanınmış bir ilahiyyatçı da ona qoşulub.

Pənah Hüseyn isə ANS PRESS əməkdaşı ilə söhbətində bu cür radikal cərəyanlara qarşı olduğunu, amma heç bir blok yaratmadığını deyir. “Mən ümumiyyətlə dövlətçiliyə qarşı olan istənilən radikal qrupu qəbul etmirəm. Amma bununla bağlı hər hansı bir blok yaratmaq fikrim də yoxdur. Yəni bu istiqamətdə heç bir iş görmürəm”, – deyə AXP lideri vurğulayıb. …read more

From:: ANS

      

Şahbazın vəziyyəti pisləşdi

Ermənilər tərəfindən əsir götürülmüş Şahbaz Quliyevin səhhətində problemlər var.

ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı erməni mətbuatı yayıb. Məhz bu səbəbdən də girovların bu günə nəzərdə tutulmuş “məhkəmə” prosesi təxirə salınıb.

Bundan başqa, qeyd edilib ki, məhkəmədə zərərçəkən qismində çıxış edən Vreja Balayan da məhkəməyə gəlməyib. Hakimin qərarı ilə “məhkəmə” prosesi dekabrın 19-na keçirilib.

Xatırladaq ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev, Həsən Həsənov iyul ayında işğal altında olan Kəlbəcərə yaxınlarının qəbrini ziyarət etmək üçün gediblər. Lakin Şahbaz və Dilqəm Dağlıq Qarabağdakı erməni separatçılar tərəfindən girov götürülüb, H.Həsənov isə qətlə yetirilib.

Ermənilər öz doğma torpaqlarına səfər etdikləri üçün girov götürdükləri həmyerlilərimizi diversant adlandırırlar. Azərbaycan isə öz vətəndaşlarının qondarma rejim tərəfindən mühakiməsinin qanunsuz olduğunu bəyan edib. …read more

From:: ANS

      

Qubada 10 mindən çox insan küçələrə axışdı (FOTO)

Azərbaycanın bütün bölgələrində olduğu kimi şimal ərazisində də ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilir.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Quba rayonunda Heydər Əliyev adına parkda xüsusi anım mərasimi keçirilir.

Səhər saatlarında anım mərasiminə rayon icra hakimiyyətinin əməkdaşları, rayonun vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Bu saatlara qədər Qubada 10 mindən çox əhali ziyarətdə iştirak edib. Hələ də, ziyaratə insanlar axın edir.

Eyni zamanda Qusar rayonunda da Heydər Əliyevin anım mərasimi keçirilir. Mərasimdə icra nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, məmurlar da iştirak edib. Bu saatlara qədər anım mərasimində 2 mindən çox əhali iştirak edib.

Bundan başqa, Xaçmaz, Şabran, Siyəzən rayonlarında da Heydər Əliyevin anım mərazimi keçirilir.
Qeyd edək ki, Heydər Əliyev 10 may 1923-cü il tarixində Naxçıvanda dünyaya gəlib. O, 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, 5 il isə SSRİ Ali Soveti sədrinin müavini olub. O, 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Mixail Qorbaçovun yeritdiyi siyasi …read more

From:: ANS

      

Sərnişin avtobusu qəzaya uğradı: 2 ölü, 5 yaralı

Bu gün saat 13 radələrində Göygöl rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Göygöl rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun 352-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Hacıməlik kəndi ərazisində sürətlə hərəkət edən “VAZ-2107” markalı avtomaşı sərnişin avtobusuna çırpılıb.

Qəza zamanı iki nəfər ölüb, 5 nəfər ağır yaralanıb. Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. …read more

From:: ANS

      

ABŞ-dan növbəti hədə

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi haqqında qanun layihəsini qəbul edib. Bu sənəd prezident Barak Obamaya Rusiya barəsində yeni sanksiyalara qərar verməyə hüququ əsas yaradır.

ANS PRESS-in məlumatına görə, sənəd Ukraynaya hərbi kömək göstərməyə icazə verir.

Qanun layihəsini həm respublikaçılar, həm də demokratlar təklif ediblər. Yeni sanksiyalar Rusiya Federasiyasının rəsmi nümayəndələrinə, Rusiya hökuməti tərəfindən nəzarət edilən aparıcı şirkətlərə şamil olunacaq.

Bildirilir ki, əgər “Qazprom” NATO-ya daxil olmaq istəyən Ukrayna, Moldova və Gürcüstan kimi ölkələrə qaz verilişinin həcmini əhəmiyyətli dərəcədə azaldarsa, 45 gündən gec olmayaraq sanksiyalara start veriləcək.

Həmçinin, qanun layihəsi Barak Obamaya 2015-ci ildə Kiyevə 350 milyon dollarlıq birbaşa hərbi yardım göstərməyə icazə verir.

Suriya müxalifətinə köməyin də ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyənilməlidir. …read more

From:: ANS

      

QDİƏT-in 31-ci iclası başladı

Yunanıstanın Saloniki şəhərində bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının 31-ci iclası keçirilir.

XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, iclasda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edir.

İclasda qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin icrası vəziyyətinin qiymətləndirilməsi, son 6 ay ərzində təşkilat çərçivəsində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinin vəziyyəti kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur. …read more

From:: ANS