All posts by Admin

ETSN: Daşqın olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 24-ü gündüzdən 25-i səhərədək Lənkəran-Astara bölgəsində müşahidə olunmuş faktiki hava şəraiti barədə məlumat yayıb.

ANS PRESS-in ETSN-nin Milli Hidrometeorologiya Departamentinə istinadla verdiyi məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi noyabrın 24-ü gün ərzində, noyabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, dağlıq ərazilərdə sulu qar, qar yağıb, bəzi yerlərdə intensivləşib.

Ən çox düşən yağıntının miqdarı- Lənkəranda 202 (aylıq normanın 120 faizi), Astarada 111 (aylıq normanın 72 faizi), Rvarudda (Lerik) 25 mm (aylıq normanın 45 faizi) təşkil edib.

Yağan leysan yağışla əlaqədar Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi artıb, Boladıçay-Dıryanda daşqın olub. …read more

From:: ANS

      

Putin şokoladları satışda (FOTO)

Rusiyanın bir çox şəhərlərində mağaza piştaxtalarını prezident Vladimir Putinin şəkillərini əks etdirən şokoladlar bəziyir.

ANS PRESS-in məlumatına görə, Putin şəkilli “Prezident” seriyasında olan şokoladlar “Nejnıy” (zərif), “Qorkiy” (qara şokolad), “Dobrıy” (xeyirxah) adlanır.

Plitə şokoladların üzərində Putin pop-art stilində təsvir edilir. Fotolardan birində Rusiya lideri quzuya yem verir, birində iti qucaqlayır.

Şokoladın dəyəri isə 200 rubldur (3,5 manat). Bu isə oxşar şokoladlardan cəmi 50 rubl bahadır.

İstehsalçılar isə iddia edirlər ki, bu şokolad dəstini almaqla istənilən şəxs Rusiya daxili iqtisadiyyata fayda vermiş olacaq.

…read more

From:: ANS

      

Dekabrın 3-də hər şey məlum olacaq

Azərbaycanın futbol üzrə milli komandasına baş məşqçinin təyin olunacağı gün açıqlanıb.

ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası dekabrın 3-də, saat 11:00-da AFFA-nın inzibatı binasında keçiriləcək.

Gündəliyə aşağıdakı məsələlər daxil edilib:

1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi.
2. Milli Komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.
3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.
5. Lisenziyalaşdırma qrupunun məlumatı.
6. Digər məsələlər. …read more

From:: ANS

      

Hindarxa qaz verildi

Ağcabədi rayonunun Hindarx qəsəbəsinə təbii qazın verilişi bərpa edilib.

ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 2010 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 155 kilometrə yaxın müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

Qeyd edək ki, qəsəbədə 82 ədəd müxtəlif diametrli siyirtmə, 2010 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. …read more

From:: ANS

      

Azərbaycanda rəhmsiz qatil ələ keçdi

Goranboyun Qaradağlı kəndində 82 yaşlı ərlə 80 yaşlı arvadını evlərində dəhşətli şəkildə öldürən şəxsin kimliyi məlum olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində noyabrın 22-də qətlin Todan kənd sakini Sübhay İbrahimov olduğu müəyyən olub.

Keçirilənə məliyyat nəticəsində Sübhay İbrahimov saxlanılıb.

Qeyd edək ki, noyabrın 22-də saat 09 radələrində 1932-ci il təvəllüdlü Tahir Allahverdi oğlu Məmmədov və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Sona Hüseyn qızı Məmmədovanın meyitləri yaşadıqları evdə aşkarlanıb.

Araşdırmalar zamanı meyitlərin üzərində zorakılıq əlamətləri olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. …read more

From:: ANS

      

Rusiyada adam öldürən Azərbaycan polisini ayağa qaldırdı

Rusiyada adam öldürən şəxs Azərbaycanda tutulub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.

Həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Seymur Cəfərov saxlanılıb.

Onun uzun müddətdir Rusiyada axtarıldığı bildirilir. Lakin axtarışlar nəticə vermədiyi üçün saxlanılan şəxsin tapılması üçün Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına müraciət olunub.

Saxlanılan şəxs Rusiya Federasiyası vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS

      

Türkiyə Azərbaycan QHT-ləri ilə maraqlandı (FOTO)

Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) sədrləri Türkiyə parlamentində görüşlər keçiriblər.

ANS PRESS-in məlumatına görə, Xocalı soyqırımının tanıdılması ilə əlaqədar tədbirlər çərçivəsində keçirilən görüşdə Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü Elnur Eltürk iştirak edib.

Onlar Türkiyə Böyük Millət Məclisində Türkiyə baş nazirinin müavini, iqtisadiyyat naziri Ali Babacan və Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, millət vəkili İsmail Safi ilə fikir mübadiləsi aparıblar.

Görüşdə dövlətlərərası əlaqələr, Qarabağ problemi və s. məsələlər müzakirə olunub. QHT sədrlərinin Türkiyə Böyük Millət Məclisinin iclasını izləmək şansı olub.

…read more

From:: ANS