All posts by Admin

Xoşbəxt ailənin üzərində qara buludlar... (FOTO)

İngiltərənin keçmiş futbolçusu Devid Bekham yenə bir qadınla görünüb.

ANS PRESS-in məlumatına görə, keçən həftə Şanxayda bir gecə klubuna gedən Bekham yanındakı qaraşın gözəllə kameralarala tuş gəlib. Şəhərin ən gözəl gecə klublarından birinə etdiyi ziyarəti zamanı Bekhemin ətrafı mühafizəçilərlə əhatələnib.

Keçmiş futbolçu və yanındakı qaraşın qadın mühafizəçilərin müşaiyəti ilə maşına minərək klubdan uzaqlaşıblar. Onun yanındakı həmin qadın, “Görəsən yenə xoşbəxt ailənin üzərində qara buludlar dolaşır?” sualını gündəmə gətirib.

Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhem 1999-cu ildən evlidirlər. Onların üç oğlan və bir qızları var.

Xatırladaq ki, Bekhemin adı 10 il bundan əvvəl də Rebekka Loos ilə birlikdə çəkilmişdi. Bu il də onun həyat yolşını dəfələrcə aldatması və hər xəyanətin aşkara çıxmasından sonra Viktoriya Bekhemə lüks hədiyyələr verməsi irəli sürülüb.

…read more

From:: ANS

      

Roma Papasının motosikleti (FOTO)

2015-ci il fevralın 5-də Parisdə Roma Papası XVI Benediktə məxsus Harley-Davidson motosiklet hərraca çıxarılacaq.

Motosiklet məşhur şirkətin 110 illik yubileyi münasibətilə 2013-cü ildə Papaya hədiyyə olunub. Satışları həyata keçirəcək Bonhams-ın vitse-prezidenti Ben Uolker bu hadisəni hərrac üçün tarixi hadisə adlandırıb: “Biz fəxr edirik ki, belə bir fantastik maşının satışı məhz burada gerçəkləşəcək. Əldə olunan bütün vəsait kimsəsiz uşaqlara yardım məqsədilə Polşada yerləşən xeyriyyə fondunun hesabına köçürüləcək”.

Məlumata görə, motosikletin ilkin dəyəri 15-20 min avro arasında dəyişir.

Qeyd edək ki, XVI Benedikt 2005-ci il aprelin 19-da çağırılmış konklavda Roma Papası seçilmiş, mayın 7-də Müqəddəs Lateranlı İoann bazilikasının sahibi edilib. Eyni zamanda XVI Benedikt həm Vatikan, həm də Almaniya vətəndaşıdır. Münhen və Freyzinq arxiyepiskopu və kardinalı olub. Seçkilər zamanı o, İnam Doktrinası Konqreqasiyasının prefekti olub. O, 11 fevral 2013-cü il tarixində gözlənilmədən istefa verib. Səbəb kimi qocaldığına görə yorulduğunu və işləyə bilməyəcəyini bildirib.

…read more

From:: ANS

      

İŞİD-a qarşı sərt plan

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan İŞİD terror qruplaşmasının təmamilə məhv edilməsi üçün təkliflər irəli sürüb.

ANS PRESS-in məlumatına görə, Ərdoğan IV Türk-Britaniya forumundakı çıxışında bildirib ki, aviazərbələr yerüstü əməliyyatla müşayiət olunmayacaqsa İŞİD-i dayandırmaq mümkün olmayacaq.

“İŞİD hazırda İraqın 40 faiz ərazisini öz nəzarəti altında saxlayır. Suriyada da eyni vəziyyət müşahidə edilir. Bu işğalı dayandırmaq üçün təkcə aviazərbələr kifayət deyil. Eyni anda yerüstü əməliyyatlar keçirilməlidir.” -deyib Ərdoğan.

Ərdoğan onu da əlavə edib ki, yerüstü əməliyyat artıq hazırlanıb. …read more

From:: ANS

      

Ermənilərin Həsən xofu bitmir

Ermənistan öldürərək girov götürdükləri Həsən Həsənov haqqında əfsanələr yaratmaqda davam edirlər.

ANS PRESS-in məlumatına görə, Ermənistan mətbuatı doğma torpaqlarını ziyarət etməyə getmiş Həsənin Azərbaycanın xüsusi təyinatlı dəstəsinin üzvü olduğunu sübut etmək üçün yeni faktlar uydururlar.

Guya Həsən Həsənov könüllü olaraq Azərbaycan tərəfinə təslim olmuş, sonradan üçüncü ölkəyə təhvil verilmiş Akop İndjiqulyanın dindirilməsində iştirak edib. Yazılanlara görə, hazırda Ermənistanda girovluqda olan həmvətənlərimiz Dilqəm Əskərov və Şahbaz Quliyevin Xankəndində qurduqları “məhkəmə iclasında” bu məlum olub.

İyulun 11-də Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərin öldürərək girov götürdükləri Həsən Həsənovun nəşi uzun danışıqlardan sonra 2 oktyabrda Azərbaycana verilib.
Onun nəşi məhkəmə tibbi ekspertizasında araşdırmadan sonra ailəsinə təhvil verilib. Ailə üzvülərinin işitrakı ilə keçirilən müayinədə meyitin Həsən Həsənova aid olduğu sübut olunub. Həsən Həsənov Bakıda Binəqədi qəbristanlığında dəfn olunub. Həsən Həsənov bunadək Dağlıq Qarabağda dəfn edilmişdi.

Həsən Həsənovla birgə girov düşən Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də girovluqdadırlar. Ermənistan öz doğma torpaqlarına getmiş azərbaycanlıları diversantlıqda ittiham edir.

Xatırladaq ki, iyulun əvvəlində işğal altındakı Kəlbəcər rayonuna – dədə-baba torpaqlarını ziyarətə gedən üç azərbaycanlı mülki şəxs Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov erməni hərbçilərinin pusqusuna düşüblər. 11 iyul 2014-cü ildə baş verən hadisədə Dilqəm Əsgərov, Şahbaz Quliyev canlı olaraq girov götürülüb, Həsən Həsənov isə öldürülüb.

Həsən Fərman oğlu Həsənov 12 aprel 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. Həsəni tanıyan dost-tanışları onun olduqca vətənpərvər, cəsur insan olduğunu deyirlər. Vətən üçün alışıb-yanan Həsən şübhəsiz Dilqəm və Şahbazla yola çıxanda bu ziyarətin bir ucunün ölümlə bitəcəyini təxmin edirdi. Həsən bundan əvvəl də dəfələrlə işğal altındakı torpaqlarımıza can atıb. O, Kəlbəcərdən əvvəl doğma torpağına – Cəbrayıl rayonuna – böyüyüb, boya-başa çatdığı Mehdili kəndinin bir addımlığınadək getmişdi. O, bu təhlükəli səfərini 2013-cu ilin 18 oktyabr tarixində, Mehdili kəndinin işğalının 20-ci ildönümündə ( kənd 1993-cü ilin oktyabrında işğal olunmuşdu) etmişdi.

Həsən Həsənovun işğal olunmuş doğma Mehdili kəndinə bitişik olan Cocuq Mərcanlıya (Cəbrayıla) səfəri …read more

From:: ANS

      

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi (Computer Security Day) Günü elan edib.

Assosiasiya bu günü elan etməklə hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək fikrində olub.

1988-ci il noyabrın 30-da “Morris soxulcanı”nın kütləvi epidemiyası qeydə alınıb. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında düşünüblər.

O vaxtdan etibarən Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə 30 noyabr tarixində informasiyanın mühafizəsi ilə əlaqədar beynəlxalq konfranslar keçirilir. …read more

From:: ANS