All posts by Admin

Onlara əskər yeməyi verildi (FOTO)

Bərdə hərbi birliyinin və rayonun Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Gənclər gələcəyimizdir” mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilib.

ANS PRESS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev hərbi xidmətdə fərqlənən hərbi qulluqçular və Bərdə, Ağdam, Tərtər, Goranboy rayonlarından olan “Gənc Şahinlər” komandalarının üzvləri ilə görüşərək tədbirin açılışını elan edib və onlara uğurlar arzulayıb.

Tədbir iştirakçıları xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev mərkəzini ziyarət ediblər. Nümunəvi xidmətləri ilə fərqlənən hərbi qulluqçuların akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin, Bərdə dövlət idarəetmə və texnologiya kollecinin şagird və müəllim kollektivi ilə keçirdikləri maraqlı görüşlər gənclərdə yüksək hərbi vətənpərvərlik əhval-ruhiyyəsi yaradıb.

Sonra təlim poliqonunda “Gənc Şahinlər” komandalarının üzvləri ilə atış üzrə yarış keçirilib. Atışda fərqlənən gənclər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. “Gənc Şahinlər”-in üzvləri hərbi texnikaya baxış keçirib, silah-sursatla tanış olub və əsgər naharı yeyiblər.

Vətənpərvərlik mövzusunda keçirilən tədbir Bərdə rayon Mədəniyyət evində bədii hissənin nümayişi ilə başa çatıb.

…read more

From:: ANS

      

Gəncəli kişi sevgilisinin maşın almaq istəyinə belə mane oldu (VİDEO)

Gəncəli kişi özünə maşın almaq istəyən sevgilisini qarət etməklə ona mane olub. ANS PRESS-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini Evelina Rumyanstsevanın yaşadığı ünvandan 17 min manat və 2900 ABŞ dolları nağd pul, eləcə də 4800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis oğrunun kənar adam olmadığını üzə çıxarıb. Müəyyən edilib ki, həmin pulu və qızıl-zinət əşyalarını Evelina Rumyanstsevanın qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı İlqar Şərifov oğurlayıb.

Baş müstəntiq Samir Rüstəmov təqsirləndirilən şəxsin saxlanıldığını və saxlanılan İlqar Şərifov sevgilisinin evindən oğurluq etməsini etiraf edib.bildirdi: “Oğurladığı pulu və qiymətli əşyaları özünün yaşadığı Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən avtomobil qarajında gizlədərək saxlayıb.”

O bildirib ki, Evelina Rumyanstsevanın avtomobil almasına etiraz əlaməti olaraq bu yola əl atıb. Şərifov vəfasız məhəbbətindən də gileylənib: “Maşın almaq istəyirdi, mən qoymurdum. O niyyətlə götürdüm ki, ala bilməsin. Qorxurdum ki, maşınla kimisə vurub öldürər, uşağım yetim qalar. Sevmək Leyli və Məcnun vaxtında olurdu. Belə, uşağımın anası kimi hörmət qoyuram”.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır.

…read more

From:: ANS

      

Parlament prezidenti dəstəklədi

Kubada prezident Raul Kastronun Amerika Birləşmiş Ştatları ilə münasibətləri bərpa etmək qərarına ölkə parlamentində də dəstək gəlib.

ANS PRESS-in məlumatına görə, parlament nümayəndələri hökumətin rəsmi Vaşinqtonla diplomatik əlaqələr qurmasına müsbət rəy bildiriblər.

Ötən gün parlamentin iclasında Amerikada casusluq fəaliyyəti göstərdiyi üçün uzun müddət həbsdə olmuş, lakin iki ölkə arasında münasibətlərin bərpa olunmasına jest olaraq azad edilmiş casuslar da iştirak ediblər. Parlament üzvləri casusları qəhrəman kimi qarşılayıblar.

İki ölkə arasında 50 ildən çoxdur ki, mövcud olan düşmənçilik münasibətlərinin tədricən dostluğa çevrilməsi tarixi hadisə kimi qiymətləndirilir.

Lakin heç də hər kəs bu münasibətlərdən məmnun deyil. Ötən gün ABŞ-ın Mayami şəhərində uzun müddət öncə ölkəsindəki təqiblərdən qaçan və ya hökumət tərəfindən qovulan kubalılar Amerika rəhbərliyinin qərarına qarşı etiraz aksiyası keçiriblər.

“Ola bilsin ki, bu, yeni bir gündür. Həm şirin, həm də kədərli ola biləcək bir başlanğıcdır. Biz hər ikiisini də qəbul edirik. Gəlin, hər şeyin daha yaxşısını arzulayaq” – deyə etirazçılar qeyd ediblər.

Respublikaçılar da Obamanı Kubaya güzəştə getdiyinə təndiq atəşinə tutublar. Ağ Ev rəhbəri özü də Kuba qısa müddətdə demokratik yenidənqurma gözləmədiyini etiraf edib.

Qeyd edək ki, rəsmi Vaşinqton və Havana arasında diplomatik əlaqələr 1961-ci ildə Kuba inqilabından sonra kəsilib. …read more

From:: ANS

      

20 yaşlı oğlan 3 polisi bıçaqladı

Fransanın Jue-le-Tur şəhərində polis məntəqəsi hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, əlində bıçaq olan gənc oğlan polis məntəqəsinə daxil olaraq 3 polisi bıçaqlayıb.

Hadisə nəticəsində, polislərdən biri ağır yaralanıb. Qarşıdurma zamanı polis şəxsə atəş açaraq onu zərərsizləşdirib. Fransa polisi şəxsin “mücahid” olduğunu bildirib.

İstintaq əməliyyatları nəticəsində şəxsin 1994-cü il təvəllüdlü Burundi əsilli Fransa vətəndaşı olduğu ortaya çıxıb. …read more

From:: ANS

      

Fariz Məmmədov 3 döyüş keçirəcək

Ötən gün Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov WBSA-nın vitse-prezidenti Yaşar Niftəliyevlə görüşüb.

ANS PRESS-in məlumatına görə, Azərbaycanı və “Qəbələ” idman klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun meneceri kimi tanınan Yaşar Niftəliyevlə 2015-ci ildə baş tutacaq yarışlar barədə müzakirələr aparılıb.

Sonda, Fariz Məmmədovla menecer arasında 2015-ci il üçün müqavilə imzalanıb.

Müqaviləyə əsasən, boksçumuz yeni ildə 3 döyüş keçirməlidir.

Qeyd edək ki, peşəkar boksçu sonuncu dəfə Ukraynada Valentin Kuts üzərində parlaq qələbə qazanmışdı.

…read more

From:: ANS

      

Alman nazirin rus narahatlığı

Almaniya Rusiya iqtisadiyyatının aşağı düşməsindən narahatdır.

ANS PRESS-in məlumatına görə, Almaniya xarici işlər naziri Frank-Volter Ştaynmayer tətbiq etdiyi iqtisadi sanksiyalarla Rusiya iqtisadiyyatını çətin vəziyyətə salan Avropa İttifaqına xəbərdarlıq edib.

Frank-Volter Ştaynmayer Rusiyada pul vahidi və enerji qiymətlərinin azalmasının iqtisadi böhran olduğunu vurğulayıb.

“Rusiyadakı iqtisadi böhranın tamamilə nəzarətdən çıxması bizim xeyrimizə deyil və sanksiya tətbiqində bunu nəzərə almaq lazımdır” deyə alman nazir bildirib.

Qeyd edək ki, artıq bir neçə gündür rubl görünməmiş sürətlə dəyərdən düşür və hökumətin gördüyü tədbirlər nəticə vermir. …read more

From:: ANS

      

Moskvada “bahalı” qəza: 9 maşın toqquşdu (VİDEO)

Gecə saatlarında Moskvada zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın paytaxtı Moskvanın mərkəzində, iki prospektin kəsişməsində 9 maşının iştirakı ilə zəncirvari qəza hadisəsi yaşanıb.

Novokuznetski prospekti ilə Paveletskinin kəsişməsində baş verən toqquşma nəticəsində, “Porsche Panamera”, “Mercedes GLA”, “Volkswagen”, “Skoda Octavia” və bir neçə digər bahalı avtomobillərə zərər dəyib. Xoşbəxtlikdən qəza zamanı avtomobil sürücüləri xəsarət almayıb.

Qəzanın görüntülərini mobil reportyorlardan biri telefonu ilə çəkib.

İlkin məlumatlara əsasən, qəzanın yaranmasına səbəb “Panamera” sürücüsünün işıqforun yaşıl işığının yanmasını gözləməməsi olub.

…read more

From:: ANS

      

Bu da “Eurovision-2015”in aparıcıları (FOTO)

Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsini ORF teleradioyayım kompaniyasının qərarına əsasən üç xanım aparacaq.

Bu xanımlar möhtəşəm tədbirlərin aparılmasında böyük təcrübəsi olan Miryam Vaykselbraun, Alis Tumler, Arabella Kisbauerdir. Onların hər üçü Avstriya ilə yanaşı, digər ölkələrdə də nüfuzlu proqramlara aparıcılıq ediblər.

Otuz üç yaşlı Miryam Vaykselbraun “MTV European Music Awards” və “MTV Video Music Awards” mərasimlərini, həmçinin “Rock Am Ring” və “German Film Prize” festivallarını tamaşaçılara təqdim edib.

Beş əcnəbi dildə danışan otuz beş yaşlı Alis Tumler ARTE fransız-alman telekanalında musiqi proqramlarını, Fransa televiziyası üçün səyahət verilişini, “KORA All African Music Awards” mərasimini aparıb.

Qırx beş yaşlı Arabella Kisbauer isə Almaniyada 10 il tok-şouya aparıcılıq edib.

Müsabiqənin “Green-room”unda isə bu yarışmanı ölkəsinə gətirən Konçita Vurst olacaq.

Qeyd edək ki, “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.

…read more

From:: ANS

      

Özbəkistanda parlament seçkiləri başlayıb

Bu gün Özbəkistanda parlamentin aşağı palatasına – qanunvericilik palatası olan Oliy məclisinə və yerli hakimiyyət orqanlarına seçkilər başlayıb. ANS PRESS-in Trend-ə istinadən məlumatına görə, yerli vaxtla saat 6:00-da respublika üzrə seçki məntəqələri açılıb və onların işləri saat 20:00-da başa çatacaq. Ölkə qanunvericiliyinə əsasən, siyahıya daxil edilmiş seçicilərin ən azı 33 faizinin iştirakı zamanı seçki baş tutmuş hesab edilir.

Parlamentə seçkilər üzrə seçki kampaniyasına sentyabrın 15-də start verilib. Seçki qanunvericiliyinə uyğun olaraq, 135 seçki dairəsi, 9 milyon 35 min seçki məntəqəsi yaradılıb. Bundan başqa, Özbəkistanın xarici dövlətlərdəki nümayəndəliklərində 44 seşki məntəqəsi təşkil edilib.

Seçicilərin tam sıyahısı (cəmi 20 789 572 vətəndaş) tərtib olunub. Ölkə əhalisinin sayı təqribən 31 milyon nəfərdir.

Seçki günündə səs vermək imkanı olmayanlar üçün dekabrın 11-19-da vaxtından əvvəl səs vermək imkanı yaradılıb. Seçkilərdə respublikada fəaliyyət göstərən 4 siyasi partiya iştirak edir. Bunlar Liberal Demokrat, Özbəkistan Xalq Demokratik, “Milli Dirçəliş” Milli Demokrat və “Ədalət” Sosial Demokrat partiyalarıdır.

Oliy məclisində ümumilikdə 135 yerə 535 namizəd iddia edir. Bundan başqa, Özbəkistanın Ekoloji Hərəkatından 15 deputat dekabrın 21-dəki konfransda seçiləcək.

Seçkilərin şəffaflığı və aşkarlığı müşahidəçilər institutu tərəfindən təmin edilir. Ölkənin Mərkəzi Seçki Komissiyası 35 dövlətdən təqribən 300 müşahidəçini qeydiyyata alıb.

Seçkilərin ilkin nəticəsi dekabrın 22-də açıqlanacaq. …read more

From:: ANS