All posts by Admin

Zakir Həsənov Qarabağdan danışdı (FOTO)

Müdafiə naziri Türkiyə Milli Müdafiə nazirinin müavinini qəbul edib.

ANS PRESS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, dekabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini cənab Hasan Yardımcının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Müdafiə naziri işğal edilmiş torpaqlarımızın azad edilməsinin bölgə üçün vacibliyini vurğulayıb.

H.Yardımcı Azərbaycana səfərdən məmnun qaldığını bildirərək, qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür səfərlərin rolu və əhəmiyyətindən danışıb.

Sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun iştirak edib.

…read more

From:: ANS

      

Bakıda dəhşətli nənə cinayətinin təfərrüatı (VİDEO)

Bakının Suraxanı rayonunda körpə nəvəsini və gəlinini öldürən nənənin psixi problemlərinin olduğu bildirilir.

Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, tükürpədən cinayət rayonun Qum adası Zeytun bağları adlanan ərazidə kirayədə qalan 1974-cü il təvəllüdlü Şərqiyyə Hüseynovaya məxsus evdə baş verib. Qadın oğlu 1991-ci il təvəllüdlü Elvar Hüseynov və ailəsilə birlikdə yaşayırmış.

Qonşuları isə ANS PRESS-in müxbirinə bildiriblər ki, həmin ailə bir ildir orada kirayədə qalırmışlar. Qadının oğlu Elvar Hüseynovun çox mehriban və istiqanlı biri olduğu qeyd olunub. Lakin Şərqiyyə Hüseynovanın psixi problemləri olduğu üçün gəlini onu çölə tək buraxmırmış.

Ötən gün oğlu işdə olan zaman Şərqiyyə Hüseynova həyətdə gəlini 1994-cü il təvəllüdlü Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə zamanı qaynana gəlininə hücum edərək onu itələyib. Daha sonra yerdən daş parçası götürərək gəlinin gicgahından bir neçə zərbə vurub.

Elnarə Nəcəfova aldığı zərbələrdən ölüb.

Şərqiyyə Hüseynova daha sonra evə girib və Elnarə Nəcəfovanın qızı, nəvəsi 6 aylıq Emilyanı boğaraq öldürüb.

Hadisə barədə qonşular xəbər tutan kimi dərhal ərazi üzrə 30-cu polis bölməsinə xəbər veriblər.

Dərhal hadisə yerinə Suraxanı polis və prokurorluq əməkdaşları gəliblər. Hadisə yerinin müayinəsi aparılıb. Ana-balanın cəsədləri Suraxanı rayonu məhkəmə tibbi ekspertizasının patoloji anatomiya birliyinin Suraxanı rayon şöbəsinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Şərqiyyə Hüseynova saxlanılıb.

İşi araşdıran Suraxanı rayon Prokurorluğunun müstəntiqi, ikinci dərəcəli hüquqşunas Kamran Sadıqovun ANS PRESS-ə verdiyi məlumata görə, saxlanılan Şərqiyyə Hüseynova dindirmə zamanı hadisəni mübahisə zamanı törətdiyini etiraf edib.

Qeyd edək ki, onlar əslən gürcüstanlıdırlar. Qadın Gürcüstana qayıtmaq istəyirmiş. Lakin oğlu və gəlini onu buraxmırlarmış. Qadının sözlərinə görə, bu səbəbdən dəhşətli cinayəti törədib.

“Şərqiyyə Hüseynova ilkin dindirilmədə bildirib ki, Gürcüstaa köçmək istəyirmiş. Gəlini də, qapını bağlayıb. Onu çölə burxmırlarmış. Hələlik onun oğlu Elvar Hüseynovu dindirə bilməmişik. Bu gün dindirilmə olacaq”, – deyə müstəntiq bildirib.

İşi araşdıran Kamran Sadıqov hadisədən çox təsirləndiyini də gizlətməyib.

…read more

From:: ANS

      

Saqqal üçün yolka bəzəyi (FOTO)

Yolkadan sonra indidə saqqal bəzəkləri dəbə çıxıb. Saqqal üçün bəzəklər Böyük Britaniyada satışa çıxarılıb.

ANS PRESS-in məlumatına görə, bu bəzək əşyalarını 7,80 dollara almaq olar. Bağlamada 14 müxtəlif rəngli dairələr var. Onlardan onu iri, dördü isə nisbətən kiçikdir.

Yolka oyunçağına bənzəyən oyuncaqları hazırlayanlar əmindirlər ki, bu sayədə insanın ölü hesab edilən tükləri belə hərəkətə gələcək.
Əvvəlcə bu balaca dairə formalarından təbrik açıqcalarında, fotosessiyalarda istifadə planlaşdırılıb.

Lakin sonradan bu oyuncaqlardan kişilərin o qədər xoşu gəlib ki, kütləvi istehsala keçib və oyuncaqların profilini dəyişiblər.

…read more

From:: ANS

      

BP-nin Bakı ilə bağlı planı

“BP-nin bütün nümayəndəliklərində olduğu kimi Azərbaycan nümayəndəliyində də ixtisarlar ola bilər”.

ANS PRESS-ə bu barədə “BP Azərbaycan”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı şirkətin icraçı direktoru Bob Dadlinin “Guardian”a məsələ ilə əlaqədar verdiyi açıqlamanı şərh edərkən bildirib.

Bob Dadli həmim açıqlamasında ixtisarların BP-nin ABŞ, Azərbaycan, Böyük Britaniya və Almaniyadakı nümayəndəliklərinə aid olacağını demişdi. Lakin bunun o, ixtisarların platforma işçilərinə aid olmayacağını vurğulamışdı. “Guardian” ixtisarlar üçün şirkətin 1 milyard dollar xərcləyəcəyini də bildirmişdi.

Tamam Bayatlı Bob Dadlinin açıqlamasını şərh edərkən bildirib: “BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzun-müddətli və çox əhəmiyyətli layihələrdir. BP bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək. Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək.

Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq. Bu imkanlar əsasən əməliyyat proseslərimizinin, təchizat fəaliyyətlərimizin və təşkilatımızın daha sadə və səmərəli olması istiqamətlərindədir. Təbii, bunlar biznes fəliyyətinin tələblərinə uyğundur və bizim daha rəqabərqabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə, əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla yanaşı, biz həm də daha quclü və daha rəqabətqabiliyyətli olaq.” …read more

From:: ANS