"Qarabağ" Fransada dəstəksiz qalmayacaq

“Qarabağ” Avroliqanın qrup oyununda dəstəksiz qalmayacaq.

ANS PRESS-in məlumatına görə, Ağdam təmsilçisini Fransada yaşayan 100 soydaşımızın tribunalardan dəstəkləyəcəyi gözlənilir.

Bura Bakıdan gedən KİV nümayəndələrini və bir neçə türkiyəlini də əlavə etsək, oyun günü təxminən 120-130 nəfər ağdamlıları uğura səsləyəcək.

“Köhlən atlar” “Dnepr”lə səfər matçında daha yaxşı dəstək görmüşdü ki, bu da nəticədə özünü göstərmişdi. …read more

From:: ANS