"Qarabağ" qalib gəldi

Azərbaycan Premyer Liqasında XI tura start verilib.

ANS PRESS-in məlumatına görə, ilk oyun günündə iki matç başa çatıb, biri yarımçıq qalıb.

Günə “İnter”-“Zirə” oyunu ilə start verilib. Saat Paytaхt klublarının görüşü 0:0 hesabı ilə yekunlaşıb.

“Qəbələ” – “Kəpəz” oyunu

İki saat sonra başlayan “Qəbələ” – “Kəpəz” oyunu 30-cu dəqiqədə dayandırılıb. Buna səbəb güclü duman olub. Oyunun qalan hissəsinə sabah 20:00-da davam etdiriləcək. 30-cu dəqiqəyədək “Kəpəz” Aleksandr Sitnikin vurduğu qolla hesabda irəli olub – 1:0. Günün son oyununda “Qarabağ” son iki turda 4 хal qazanmış AZAL-ı qəbul edib. Oyun ağdamlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 49-cu dəqiqədə Əfran İsmayılov açıb. 90+3-cü dəqiqədə Raydell Pupon hesabı artırıb.

Tura oktyabrın 2-də keçiriləcək iki oyunla yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XI tur

31 oktyabr
İnter – Zirə 0:0

Qəbələ – Kəpəz 0:1
Qol: Aleksandr Sitnik, 2.

Qarabağ – AZAL 2:0
Qol: Əfran İsmayılov, 49. Raydell Pupon, 90+3. …read more

From:: ANS