Azərbaycanda müəmmalı qətl

Ağdamda 58 yaşlı qadın boğularaq öldürülüb. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Ergi adlanan ərazisində, məcburi köçkünlər üçün salınan qəsəbədə baş verib. Əslən Ağdamın Güllücə kəndindən olan Südabə Bəşirova qonşuları tərəfindən məskunlaşdığı evində kəndirlə boğulmuş vəziyyətdə tapılıb. Yaxınlarının sözlərinə görə, Südabə Bəşirova qəsəbədə, 18 saylı evdə tək yaşayırmış.

Yaxınları Südabə Bəşirovanın qarət məqsədiylə boğulduğunu düşünür

“Biz içəri girmək istədik ki, baxaq. Polis dedi ki, girməyin özü ölməyib. Qəsdən öldürülmədir. Kəndirlə boğub öldürüblər. Pəncərəni açıblar, ayaq izləri hamısı orda idi”, – deyə mərhumun bacısı oğlu Səbuhi Mehdiyev bildirib.

Səbuhi Mehdiyev – Mərhumun bacısı oğlu

Meyit müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək

Yaxınları onun qarət məqsədiylə öldürüldüyünü güman edir. Hələlik evdən oğurluq olub-olmadığı bilinmir. Meyit artıq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib. Faktla bağlı araşdırma başlayıb. …read more

From:: ANS