Emin Ağalarovun qeyri-adi fotosu

Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov “İnstaqram” hesabında oğulları ilə çəkdirdiyi şəkil paylaşıb.

ANS PRESS-in məlumatına görə, əkiz övladları ilə birlikdə vaxt keçirməyi sevən ifaçı oğulları ilə çimərlikdə qeyri-adi şəkil paylaşıb. Şəkildə əkiz oğulları qumda oturub, Emin isə tullanır.

Emin Ağalarovun “İnstaqram” hesabı

Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə “İlin İş Adamları” namizədləri arasından birinci yerə çıxıb.

E.Ağalarov iş adamı Araz Ağalarovun oğludur. 30 aprel 2006-cı ildə Leyla Əliyeva ilə evlənib. Mikayıl və Əli adında əkiz oğlanları var. Leyla Əliyeva və Emin Ağalarov “Stick Together” adlanan klipdə bir yerdə yer alıblar.

Amma bu il Leyla Əliyeva öz “İnstagram” səhifəsindən onun Eminlə nikahının son illər formal xarakter daşıdığını təsdiqləyib və bu sözləri yazıb. “Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim,”. …read more

From:: ANS