Ərdoğan seçkiyə qərar verdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdopğan təkrar parlament seçkisinə qərar verdi. ANS PRESS-in məlumatına görə, bu barədə Ərdoğanın müşaviri Burhan Kuzu sosial şəbəkədəki səhifəsində yazıb. Kuzu twitterdəki səhifəsində parlamentdə olan partiyaların koalisiya hökuməti qurulmasına yanaşmaması səbəbindən seçkiyə gedildiyini qeyd edib.

Ərdoğanın müşaviri Burhan Kuzu

“CHP və MHP AKP ilə koalisiya hökuməti qurmağa yanaşmadılar. 45 günün başa çatması və hökumətin qurulmaması səbəbindən prezident seçkiyə qərar verdi. Qurulacaq seçki bir konstitusion məcburiyyətdir. Çünki 116-cı maddə bunu tələb edir. Bütün yolları MHP, HDP və CHP tıxadı. Bunu da belə bilək. Seçki hökumətini prezident qurmalıdır. Çünki konstitusiyanın əmri belədir. Parlament funksiyasını yerinə yetirmədi. Beləcə HDP 3 nazirlik aldı. Necə oldu ki, HDP seçki hökumətinə 3 nazir Verdi? Bunu MHP və CHP-dən soruşmaq lazımdır. AKP-nin heç bir günahı yoxdur. İndi gəldiyimiz yerə baxıram, 7 iyun gecəsi yazdığım tvit nə qədər mənalı və doğru imiş. Yenə də gecikmiş sayılmaz. 4 partiyanın qrupu toplanar, ortaq bir təkliflə seçki qırarını məclisdən keçirər. Yaraşan budur.” – deyə Burhan Kuzu mesajında bildirib.

Seçki bülleteni

Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olsa da ölkədə koalisiya hökuməti qurulması barədə başlayan müzakirələr nəticəsiz qaldı.

Son seçkidə sadəcə 4 partiya Türkiyə partlamentinə daxil olub

Türkiyədə iyulun 10-da koalisiya hökumətinin qurulması prosesinə start verilib və 45 gün ərzində bu mümkün olmasa ölkədə yenidən parlament seçkisi keçiriləcək.

Həmçinin baxın:
Türkiyədə vaxtından qabaq seçki gözlənilir
Türkiyədə vaxtından əvvəl seçki keçirilməsi üçün imzalar hazırdır
Noyabrda Türkiyədə seçki olacaq
…read more

From:: ANS