ANS-in həyətinə 3 uşaq atıldı (VİDEO)

Bu gün şəxsiyyəti məlum olmayan bir valideyin 3 uşağını ANS kanalının qarşısına qoyaraq ərazini tərk edib.

ANS TV-nin məlumatına görə, bundan sonra “Sən tək deyilsən” verlişinə dəvət olunan 3 uşaq anası bunun səbəbini maddi durumun aşağı olması ilə əlaqələndirib.

Eyni zamanda ana uşaqlarını atmaq istəmədiyini, çalışmaq üçün bir neçə yerə müraciət etdiyini, amma müraciətinə müsbət cavab verilmədiyinin birdirib. Uşaqları saxlamaq üçün evinin olmadığını və bir həftədir ki, həyat yoldaşının da həbs olunduğunu qeyd edib.

Bundan sonra məsələ ilə bağlı Azərbaycan uşaq birliyinin sədri Kamalə Ağazədə ilə birbaşa telefon əlaqəsi saxlanılıb. O, bildirib ki, bu cür faktlar getdikcə ölkədə kütləvi hal alır: “Hər dəfə bunlara qucaq açdıqca, dəstək verdikcə bunlarda biganəlik yaranır. Belə ki, mən baxmasam da baxanlar tapılacaq. Bunun ancaq bir yolu var. Əgər uşaqlarından imtina edirlərsə, o zaman bunu rəsmiləşdirsinlər. Bundan sonra o uşaqlara dövlət qayğı göstərəcək. Ancaq gəzmək və kapriz xətrinə olunacaqlarsa, sığınacaqlarda da yerlər məhdudur. Bu gün Azərbaycanda sığınacaqlar demək olar ki, yox dərəcəsindədir. Özəliklə sığınacaqlar müvvəqqəti xarakter daşıyır. Təəssüf edirəm ki, o qadın uşaqlarını gətirib ANS-in həyətinə atıb. Bu gün uşaqı ANS-ə atan, sabah başqa bir yerə atacaq. Təklif edir ki, qısa bir müddət ərzində uşaqlarını qəbul edə bilərik. Amma bir yaşlı uşağı biz qəbul edə bilmirik. Çünki ona baxmaq üçün mütəxəssis lazımdır”.

“Sən tək deyilsən” verlişində qonaq qismində iştirak edən Doğuş birliyin sədri Kamalə xanıma ananın orada hər hansı bir işlə təmin edilə biləcəyi ilə bağlı sual ünvanladı.

Kamalə xanım bildirdi ki, sığınacaq dövlət tərəfindən maliyyələşmir: “Və sığınacaq onlara heç bir yerdən maliyyə dəstəyi almırıq. Sadəcə olaraq burada sığınan insanlar buradakı işləri özləri görürlər, eləcə də köməklik də göstərirlər. O qadını sığınacaqda qalması üçün ona sınaq müddəti veriləcək. Əgər qadın sınaqdan keçəcəksə, o zaman biz qadına sığınacaqda qalmağa icazə verəcəyik”.

Bundan sonra verlişin aparıcısı Xoşqədəm Hidayətqızı qadın Kamalə xanımın yanına göndərildi.

…read more

From:: ANS