Azərbaycanda zəlzələ ilə bağlı açıqlama (VİDEO)

Son vaxtlar Bakı və Abşeron yarımadasında, eyni zamanda ölkənin şimal və cənub bölgələrində seysmik aktivlik müşahidə olunmaqdadır.

ANS TV-nin Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayından, mart ayına kimi ölkədə irili-xırdalı 1800-dən çox yeraltı təkan qeydə alınıb. Onlardan da 10-u əhali tərəfindən hiss olub. Ən güclüsü isə mart ayının 26-da Xəzər dənizində baş verib. O da Rixter cədvəli ilə 4-5 bal gücündə olub.

Amma Xəzərin dərinliklərində baş verdiyi üçün paytaxtda və ətraf ərazilərdə hiss olunmayıb. Son təkanlar isə martın 30-da yerli vaxtla saat 15:22-də Pirqulu qəsəbəsindən 13 km şimalda, Şamaxı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.

“Statistikya istinadən demək olar ki, ilin birinci rübündə yearaltı təkanlar daha çox olur. Azərbaycanda yeraltı təkanların artmasına gəlincə, bu bir o qədər də çox deyil. Burada söhbət əsasən ölkədə xırda 0,1 gücündə olan yeraltı təkanlardan gedir. Sadəcə olaraq texniki imkanların artması ilə əlaqədar olaraq qeydə alınan yeraltı təkan sayından artım müşahidə olunur”, – deyə Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Qurban Yetirmişlinin sözlərinə görə, ümumilikdə 2009-cu ildən bu günə kimi baş verən zəlzələlərin aktivliyi intensivləşib. Onlar da əsasən Xəzərin müxtəlif hissələrində, Şamaxı, İsmayıllı seysmoqen bölgəsində, Masallı, Lerik zonasında baş verib və əhali tərəfində hiss olunub. Amma heç bir dağıdıcı gücə malik olmayıb.

Qeyd edək ki, hazırda xüsusi avadanlıqlar və çihazlar vasitəsilə zəlzələnin hansı ərazidə gözlənildiyini, aktivliyin olduğunu müəyyən etmək mümkündür. Ancaq onun hansı gün, hansı saatda baş verməsini isə qabaqcadan təyin etmək hələ insanın gücü xaricindədir.

…read more

From:: ANS