Bahalı maşınlarla Avropada "avtoş"luq edən azərbaycanlılar (FOTO)

Başı Donbassda Rusiyadan dəstəklənən separatçılarla ağır müharibəyə qarışmış Ukraynada bu dəfə azərbaycanlıların “avtoş”luğu yerli sakinlərə problem yaradıb.

Kiyevin mərkəzində Kreşatik və Boqdan Xmelnitski küçələrinin kəsişməsində üç xarici markalı avtomobil – “Mersedes-Benz C63 AMG”, “Seat Leon” və “Nissan Juke” toqquşublar.

Hadisə şahidlərinin bildirdiyinə görə, “Mersedes” və “Seat” Kreşatik küçəsi ilə sürətlə Kiyevin Müstəqillik meydanına tərəf hərəkət edirmiş. Yolayırıcında “Mersedes” hərəkətdə olan qalan avtomobilləri ötərək birbaşa Maydana tərəf istiqamət alıb. Onun ardınca “Seat” sağ cərgədəki avtomobilləri keçərək “Mersedes”in ardınca şütüyüb, lakin yolayırıcına daxil olan avtomobillər toqquşublar. Toqquşmadan sonra avtomobillərdən biri qarşı tərəfdən gələn və orta cərgə ilə hərəkət edən “Nissan Juke”la toqquşub. İlkin məlumata görə toqquşma nəticəsində maşınların hər üçü əzilib, “Seat”ın sürücüsü və sərnişini xəsarət alıb. Hadisə yerinə üç təcili yardım briqdası gəlib.

Şahidlərin bildirdiyinə görə “Mersedes” və “Seat”da sürət yarışına çıxanlar Azərbaycan vətəndaşları olublar, qəza da onların üzündən baş verib. Ukrayna milisi qəzada kimin günahkar olması və səbəbkarların kimlikləri barədə məlumat verməyib.

…read more

From:: ANS