Futbolçunu helikopterlə xəstəxanaya apardılar

İngiltərə çempionatının ikinci dəstəsində çıxış edən “Haddepsfild”in oyunçusu Tommi Smit “Lids”ə qarşı oyunda başından ağır xəsarət alıb.

ANS PRESS-in məlumatına görə, o, xəstəxanaya birbaşa meydançaya enən helikopterlə aparılıb.

Müdafiəçi öz komandasının qapıçısı Co Merfi ilə toqquşma zamanı zədələnib. Smit 10 dəqiqə huşsuz vəziyyətdə qalıb.

Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

“Haddepsfild” oyunu 1:2 hesabı ilə uduzub. …read more

From:: ANS