Separatçılarla görüş başa çatdı

Ukraynanın şərqində vəziyyətin nizamlanması üzrə əlaqə qrupunun Minskdə keçirilən görüşü başa çatıb.

ANS PRESS-in məlumatına görə, Belarusun paytaxtında aparılan danışıqlarda Ukraynanın sabiq prezidenti Leonid Kuçma, qondarma Donetsk və Luqansk respublikalarının səlahiyyətli nümayəndələri Denis Puşilin və Vladislav Deyneqo, həmçinin ATƏT sədrinin xüsusi nümayəndəsi Haydi Talyavini və Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov iştirak ediblər.

Görüş üç saatdan çox çəkib.

Qondarma Donetsk xalq respublikasının səlahiyyətli nümayəndəsi Denis Puşilin danışıqların yekunu barədə mətbuat üçün bəyanat veriləcəyini bildirib. …read more

From:: ANS