Qaraya ağ, yoxsa yaşıl demək zamanı (VİDEO)

Ferquson iğtişaşlarına ən müxtəlif bucaqlardan yanaşmalar var: Maykl Braunun ölümünə adicə polis özbaşınalığının səbəbi kimi də baxılır, irqçiliyin acı fəsadı kimi də, polisə müqavimət göstərmiş birisinin haqqına aldığı qurşun seriyası tək də. Əlbəttə bütün bu fərziyələrin hər birinin necə deyərlər günəş altında yeri var, amma Hesabat – Birşəmiş Ştatlar üçün o qədər də səciyyəvi olmayan, bəlkə də çoxlarının ağlına gəlməyən bir prizmadan bu məsələyə yanaşacağıq. Biz Missuridə, Ferqusonda qara və ağdan başqa, bir ayrı rəng də axtaracağıq. Yaşıl.

…Diqqətimizi qətlə yetirilmiş Maykl Braunun qohumlarının onu şəhid adlandırması çəkdi. Bir az çaşdım da. Birləşmiş Ştatlar və şəhid. Qəflətən mənə elə gəldi ki, deyəsən ya Suriya, ya Misir, ya da lap elə İraqa baxıram. Və elə bu şəhid söhbəti də məndə belə bir fikir oyatdı ki, Ferquson hadisələrinin mahiyyətində müsəlman amili və islam faktorunun olub-olmaması barədə düşünək. Birləşmiş Ştatlarda yaşayan müsəlmanların sayı rəsmən 3, qeyri-rəsmi olaraq isə 12 milyona yaxındır. Onların arasında qara dərililər kifayət qədərdir. Elə əslində mənim diqqətimi çəkən də Ferqusonda məhz qara dərililərin kompakt yaşaması oldu. Onların arasında müsəlmanlar çoxluq təşkil edir. Bir az əvvəl qayıdaq. Məsələ burasındadır ki, Birləşmiş Ştatların özünütəqdiminə görə bu ölkədə qurd quzu ilə otlayır, irqi və dini məsələlərdə heç bir ayrı-seçkilik yoxdur və sair. Hətta dünyaya nümunə olaraq Obamanı göstərmək də olar. Necə deyərlər bu boyda Qaradan da artıq rəng olar? Amma dərinə gedəndə, belə çıxır ki, olar… Bu ölkədə yaşayan müsəmanlar bizə təqdim və təlqin olunduğu kimi heç də həmişə hər şeydən razı olmayıblar. Onlar hələ də qaralandıqları zamanları və məkanları xatırlayırlar…

“Mən balaca oğlan olanda, bax indi oturduğumuz bu otelə Afrika amerikalıları girə bilməzdi. Bura girməyin tək yolu o idi ki, burda ancaq işləməlisən. Ayaqqabı təmizləyən, qab yuyan, süpürgəçi, qapçı bir sözlə qulluqçu. Bax məhz bu binada. Bura 40 il əvvə üzümüzə bağlı idi” – deyə Subabu Raşid bildirib.

Siz Türkiyə prezidentinin Kolumbdan əvvəl Amerikanı …read more

From:: ANS