Bəhreyndə hökumət buraxıldı

Bəhreynin baş naziri şeyx Xəlifə bin Salman Əl-Xəlifə krallıq hökumətinin buraxıldığını elan edib. Bu qərarı hökumət rəhbəri deputatlar Palatasına keçirilmiş seçkilərlə əlaqədar qəbul edib.

“Konstitusiyanın 33-cü maddəsinə əsasən, yeni parlamentin işə başlaması ilə əlaqədar hökumət istefaya getməlidir, bununla bağlı kabinetin istefası barədə, Əlahəzrət kral Həmədə ərizə verəcəyəm”, – baş nazirin bəyanatında deyilir.

Şənbə günü, noyabrın 29-da krallıqda ümumi parlament seçkilərin ikinci turu keçirilib. Səsvermənin nəticələrinə görə, parlamentdə 27 yeri sünnü deputatlar, 14 yeri isə şiələr deputatlar tutublar. …read more

From:: ANS