Prezidentdən yeni il təbriki (TAM MƏTN)

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib:

ANS PRESS prezidentin təbrik çıxışının tam mətnini təqdim edir:

Əziz həmvətənlər!

2014-cü il arxada qalır. 2014-cü il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir. Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim təsir imkanlarımız da genişlənir.

Bildiyiniz kimi, 2012-2013-cü illərdə Azərbaycan dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasında təmsil olunurdu.

155 ölkənin dəstəyi ilə biz bu haqqı qazanmışdıq. Bu il isə Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirdi, Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına öz dəyərli töhfəsini vermişdir.

Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə – siyasi, iqtisadi, enerji və digər layihələr icra edilə bilməz.

2014-cü ildə iqtisadi inkişaf təmin edilmişdir. Bu da çox önəmlidir, çünki bildiyiniz kimi, dünyada hələ də iqtisadi, maliyyə böhranı davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və bu inkişafın təməlində islahatlarımız dayanır. Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu, böyük və tarixi nailiyyətdir.

Qeyri-neft sektorumuzun inkişafı bizim üçün prioritet olaraq qalır. Şadam ki, bu il qeyri-neft sektorumuz təxminən 7 faiz artmışdır. Ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulmuşdur. Bu da çox önəmli hadisədir. Çünki indi dünyada sərmayələrin cəlb edilməsi üçün mübarizə gedir. Azərbaycanda sərmayə qoyuluşu yüksək səviyyədədir. Əminəm ki, gələn il də belə olacaq.

Yoxsulluğun, işsizliyin səviyyəsi 5 faizdir. Bu da dünya miqyasında çox gözəl göstəricidir. Dövlət xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 8 faizini təşkil edir. Bu da nadir göstəricidir. Makroiqtisadi vəziyyət sabitdir. Valyuta ehtiyatlarımız …read more

From:: ANS