Yeniyetməni öldürən polis danışdı...ara qızışdı (VİDEO, FOTO)

ABŞ-nin Missuri ştatının Ferqyuson şəhərinin sakinləri artıq 3-cü gündür ki, məhkəmənin gənc afroamerikalını öldürən polisə qarşı verdiyi qərara etiraz edirlər.

ANS PRESS-in məlumatına görə, Ferqyuson polisi bildirir ki, qarşıdurmalar baş verib. Maşın və binaların yandırılmasının davamı olaraq meriya binası da daşlanıb.

Etiraz edənlərin dağıdılması üçün polis 60 daha fəal iştrakçını həbs etmək qərarına gəlib.

Hazırda polis bölməsi olan şəhərin mərkəzi tam şəkildə bağlayıb. Burada bir neçə zirehli nəqliyyat və daimi nəzarət edən ABŞ silahlı qüvvələrinin bölmələri var. Bundan əlavə şəhərin üzərində daim güclü işıqla şəhərin küçələrinə nəzarət edən vertolyotlar uçur.

Bu arada polis Uilsonun bilinməyən səbəbə görə ABC News-a müsahibə verib aranı daha da qatıb. Müsahibəsində özünü günahkar hesab etməyən polis, düz davrandığını bildirir. Polisin sözlərinə görə qaradərili yeniyetmə patrul maşınına girərək Uilsonun silahını ələ keçirmək istəyib və bundan sonra ona vurub:

“Bilmirəm daha bir belə zərbəyə dözə bilərdim ya yox… mən sadəcə hiss etdim ki, o çox güclüdür, – bu elə bil 5 yaşlı uşaq Halka qarşı mübarizə aparırdı, bax bu dərəcədə böyük insan idi”.

Polis əgər o qaradərilinin yerinə ağdərili olsaydı belə bunu edərdi, lakin buna baxmayaraq vəzifəsindən istefa edəcəyini deyib.

Etirazlar isə nəinki davam edir, hətta digər bölgələrə sirayət edir. Nyu-Yorkda çoxminli etirazçılar Qudzonun altından keçən və şəhəri Nyu-Cersi ilə birləşdirən tunelin qarşısını kəsib. Daha sonra qəzəbli amerikalılar Manxetteni şərqdən kəsən avtomagistralın qarşısını kəsiblər. Polisin məlumatına görə, etiraz edənlər ümumilikdə 3 min insan olub.

…read more

From:: ANS